Məhkəmə qərarları › İş №3(026)-320/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-320/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-320/2023 02.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çuxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş ******* saylı protokolda Şəxs 01 iyul 2023cü il tarixdə Qobustan rayonu Çuxanlı kəndində həyat yoldaşı X4 və övladı X1 ilə vuraraq fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayon Çuxanlı kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhlə işləyir. Saçlı Yaqubova həyat yoldaşıdır. Saçlı ilə 12 ildir ki ailə həyatı qurmuşdur. Münasibətləri daima yaxşı olmuşdur. Həmin evlilikdən 3 övladı var. 30 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində yaşadıqları Çuxanlı kəndindəki evlərində gəlib əl-ayağını yumuş, daha sonra Saçlı ilə söhbət etmiş və Gülü adlı qadınla işləməməsi üçün ona irad bildirmişdir. Daha sonra yatmışdır. Aralarında başqa mübahisə və problem olmamışdır. Səhər oyananda həyat yoldaşı və övladlarının evdə olmadığını görmüşdür. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt evdə o, övladları və həyat yoldaşı Saçlı olmuşdur. Onlardan başqa heç kim olmamışdır. O, Saçlını və övladlarını döyməmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Qobustan rayon Çuxanlı kənd sakini X3 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi xx.xx.2023-cü il tarixli 92-nömrəli rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar