Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-320/2024 02.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X6 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Babaşov Ehtiram Etibar oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci ildə Qobustan rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Bəklə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs üzərində 27 sentyabr 2024-cü il tarixdə saat 19:45-də şəxsi istehlak miqdarından az narkotik vasitə aşlar edilərək götürüldüyü göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Babaşov Ehtiram Etibar oğlu izahatında bildirdi ki, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları 27 sentyabr 2024-cü il tarixdə Qobustan rayonu ərazisində xidmətdə olarkən saat 19:45 radələrində Qobustan rayonunun Bəklə kənd sakini Qarayev X3 şəhərində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək saxlanılmış və üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində bir ədəd kibrit qurusunda ümumi çəkisi 4,99 qram olan narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilən Şəxs bildirdi ki, bir neçə gün bundan əvvəl Qobustan rayonu Bəklə kəndi ərazisində gəzərkən yerdən bir kibrit qutusu tapmışdır. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün həmin kibrit qutusunun içərisində narkotik vasitə olduğunu bilmişdir. 27 sentyabr 2024-cü il tarixdə saat 19:45 radələrində Qobustan şəhərində “Son” adlanan ərazidə olarkən polis əməkdaşları -ona yaxınlaşmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmışdır. Onun üzərində olan kibrit qutusunda marixuana aşkar edilmiş, həmin kibrit qutusu ölçülmüşdür və ümumi təmiz çəkisi 4.99 qram olması müəyyən edilmişdir. Etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXMin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə edilmiş Qobustan rayon Polis Şöbəsinin qərarından görünür ki, Şəxs 27 sentyabr 2024-cü il tarixli şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2024-cü il tarixdə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş kibrit qutusunun içərisində olan kütlə ümumi təmiz çəkisi 4.99 qram olan bitki mənşəli kütlələr tərkibindən narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 01 oktyabr 2024-cü il tarixli 6578 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabionidlərin və Psixostimulyatorun qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qobustan rayon Polis Şöbəsinin TQ-nun 01 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-320/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-320/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver