Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-321/2024 04.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 iştirakı ilə, xx xxxx 1993-cü ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 329.3-cü və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə 26 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, protokol və əlavə olunmuş sənədlər aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən 04 noyabr 2024-cü ildə məhkəməyə daxil olmuş arayışda qeyd edilmişdir ki, xx xxxx 1993-cü il təvəllüdlü ehtiyatda olan kiçik çavuş Şəxs 12 aprel 2021-ci il tarixdə SHXÇDX-nin Şamaxı rayon şöbəsinin hərbi qeydiyyatından çıxarılaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sərəncamına göndərilmişdir və hal-hazırda Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətdədir. İXM-in 43.4-cü maddəsinə əsasən, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İXM-in 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. İşdən də göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərbi qulluqçu olduğuna görə hazırkı inzibati xəta haqqında işə Bakı Hərbi Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə iclasında iştirak edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 işin aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasından görünür ki, Qobustan rayonu ərazi yurisdiksiyası baxımından Bakı Hərbi Məhkəməsinə aid edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərbi qulluqçu olduğuna görə barəsində olan inzibati xəta haqqında 26 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 118-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: Şəxs barəsində olan inzibati xəta haqqında 26 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı Hərbi Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-321/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-321/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver