Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-322/2023 06.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Şamaxı rayonu Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə MN ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 04 noyabr 2023cü il tarixdə xidmətdə olan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünə məxsus “KAMAZ” markalı ** YT *** qeydiyyat nişanlı avtomaşın mişar daşı ilə yüklü olmuş və həmin avtomaşınla Qobustan şəhərində hərəkətdə olarkən polis şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilmişdir. Avtomaşını saxladıqdan sonra bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq sürücülük vəsiqəsinin müddətinin bitdiyini ona demişdir. O, da polis əməkdaşından vəsiqəsini göstərməsini tələb etmiş, polis əməkdaşı ona döş nişanını göstərmiş, hava qaranlıq olduğu üçün döş nişanını görə bilmədiyini deyərək vəsiqəsini göstərməsini bildirmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək həmin polis əməkdaşının şəkilini çəkmişdir. Əlavə olaraq polis şöbəsindən polis əməkdaşı çağırılaraq onu polis şöbəsinə aparmışlar. O polis əməkdaşının xidmətinə mane olmamış, ona hədə-qorxu gəlməmişdir. Əksinə, həmin polis əməkdaşı polisin inzibati binasının dəhlizində onun barəsində “məndən çoban kimi vəsiqə istəyir” sözlərini demişdir. X1 ifadə verərək göstərdi ki, 04 noyabr 2023-cü il tarixə polis şöbəsinin əməkdaşı X6 ilə Qobustan şəhəri ərazisində xidmətdə olarkən mişar daşı ilə yüklü olan “KAMAZ” markalı ** YT *** qeydiyyat nişanlı avtomaşının sürücüsü işıq cihazından istifadə qaydasını pozduğu üçün saxlanılmış, ona yaxınlaşaraq özünü təqdim edib pozduğu qayda pozuntusunu ona izah etmişdir. Sürücüdən sənədlərini təqdim etməsini tələb etdikdə sürücü ona sənədlərinin üstündə olmadığını demişdir. O da bort kompüter vasitəsi ilə yoxlamış və məlumatlardan sürücülük vəsiqəsinin müddətinin bitdiyi müəyyən edilmişdir. Həmin avtomaşının sürücü Şəxs qanunvericiliyin tələblərini izah etmiş və avtomobillə birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. Sürücü inzibati məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirib yüksək səslə səs-küy salaraq polisin qanuni nümayəndəsinə tabe olmamış və telefon vasitəsi ilə onu və xidməti avtomaşını çəkərək sosial şəbəkələrdə yayacağı ilə onları şantaj etmişdir. Bu barədə polis şöbəsinə məlumat verərək polis əməkdaşlarını köməyə çağırmışdır. X4 X1nun ifadəsinə oxşar ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan polis işçisinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetmədiyindən o həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməli, lakin küçədə ucadan səs-küy saldığına görə onun xırda xuliqanlıq əməli törətdiyi təsdiq olunur və o, İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-322/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-322/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver