Məhkəmə qərarları › İş №3(026)-324/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-324/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-324/2022 04.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1986-cı ildə Şamaxı rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çalov kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 04 avqust 2022-ci il tarixdə saat 02 radələrində sərxoş vəziyyətdə söyüş söyərək polisin qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, saat 01:20-də yaşadığı Çalov kəndində həyətinə su çəkdiyi rezin borunu bulaqdan çıxarıb həyətinə gedən zaman həmkəndlisi Gülpəri ondan suyun niyə axmadığını soruşmuşdur. O, da Gülpəriyə get şlanqı tax bulağa gəlsin deyib çıxıb evinə getmişdir. Ondan sonra onlardan heç bir məlumatı olmamışdır. Ona zəng gələrkən isə zəng edənin polis deyil, tanışlarından olduğunu və onunla zarafat etdiklərini düşünmüşdür. Spirtli içki qəbul etdiyindən polis əməkdaşlarını söyüb-söymədiyini xatırlamır. Pəri Məmmədovaya nalayiq sözlər dediyi üçün üzr istəyir. Əməlindən peşmandır. Səhvini başa düşür. Məhkəmə iclasında X2 izahatında göstərdi ki, 04 avqust 2022-ci il tarixdə saat 8-də yaşadığı Çalov kəndindəki getmiş və həyətinə su çəkmək üçün əlində olan rezin borunu bulağa keçirmişdir. Həmkəndlisi Fədai gələrək onun rezin borusunu bulaqdan çıxarıb öz əlində olan rezin borunu bulağa taxmışdır. Buna görə aralarında mübahisə yaranmış, Fədai onu nalayiq sözlərlə söymüşdür.Ona dilə gətirilməyən sözlər demişdir. Şamili bağışlamır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşdə olan “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavənin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 01 nömrəli aktından görünür ki, X3 04 avqust 2022-ci il tarixdə orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X6 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar