Məhkəmə qərarları › İş №3(026)-325/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-325/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-325/2024 07.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X4 X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-in EQ 11772086 nömrəli inzibati xəta haqqında 16 oktyabr 2022-ci il tarixli qərarından verdiyi şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-in EQ 11772086 nömrəli inzibati xəta haqqında 16 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsi 25 sentyabr 2024-cü il tarixli 3(009)-2174/2024 saylı qərardadla şikayəti aidiyyəti üzrə baxılması üçün Qobustan rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 16 oktyabr 2022-ci il tarixdə saat 14.46-da M-4, Bakı-Şamaxı- Yevlax yolu, 24 km ərazisində “Naz Lifan LF 7132/2 320 minik” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 -1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi X2 16 oktyabr 2022-ci il tarixdə törətdiyi inzibati xəta Bakı- Şamaxı-Yevlax yolunun 24-cü km ərazisində baş vermişdir. Həmin ərazi Qobustan rayonu ərazisinə deyil, Abşeron rayonu ərazisinə aiddir. Həmçinin iş materiallarından görünür ki, X3 Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi ev 15, mənzil 12-də qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-in EQ 11772086 nömrəli inzibati xəta haqqında 16 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək inzibati icraata xitam verilməsi barədə şikayəti baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri BDYPİ-in 16 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək inzibati icraata xitam verilməsi barədə şikayəti baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilsin. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar