Məhkəmə qərarları › İş №3(026)-326/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-326/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-326/2023 13.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 13 noyabr 2023-cü il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli 3(026)-136/2020 saylı, 03 noyabr 2021-ci il tarixli 3(026)- 261/2021 saylı, 02 oktyabr 2023-cü il tarixli 3(026)-275/2023 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Qobustan rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli 3(026)-136/2020 saylı, 03 noyabr 2021-ci il tarixli 3(026)- 261/2021 saylı, 02 oktyabr 2023-cü il tarixli 3(026)-275/2023 saylı icra sənədlərinə əsasən cəmi 960 manat inzibati cərimənin Şəxs alınıb dövlət nəfinə ödənilməsinə dair icra vərəqələri üzrə icra tədbirləri aparılmış, borclu dəfələrlə Qobustan rayon icra və probasiya şöbəsinə çağırılmış və ondan izahatlar alınaraq borcların ödəməsi ondan tələb edilmişdir. Borcluya icra vərəqələri üzrə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu borcunu ödəmək üçün maddi imkanı olmadığını bildirərək borcunu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli 3(026)- 136/2020 saylı, 03 noyabr 2021-ci il tarixli 3(026)-261/2021 saylı, 02 oktyabr 2023-cü il tarixli 3(026)-275/2023 saylı icra sənədlərinə əsasən cəmi 960 manat inzibati cərimə borcu vardır. Heç bir yerdə işləmədiyi üçün borcunu ödəməyə maddi imkanı yoxdur. Cərimə borcunun ictimai iş tənbehi ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, C.N. Abdulaliyev Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 3(026)- 136/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. Qobustan rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 3(026)-261/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. Qobustan rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 3(026)-275/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 360 manat maddi ziyanın bir misli miqdarında, yəni 360 manat cərimə olunmuşdur. Qobustan rayon icra və probasiya şöbəsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə Qobustan rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli 3(026)-136/2020 saylı, 03 noyabr 2021ci il tarixli 3(026)-261/2021 saylı, 02 oktyabr 2023-cü il tarixli 3(026)-275/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesab edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar