Məhkəmə qərarları › İş №3(026)-328/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-328/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-328/2024 07.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Qobustan rayon Polis Şöbəsindən 07 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 02 iyun 2024-cü il tarixdə saat 19 radələrində həmkəndlisi Tural Cavadovla aralarında yaranmış mübahisə zamanı Tural Cavadovun sifət nahiyyəsindən vuraraq dərəcəsi təyin olunmayan fiziki ağrı yetirmişdir.Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qobustan rayon Məhkəməsinə təqdim olunsa da, Qobustan rayon Polis Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmədə iştirakı təmin olunmamışdır. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXMnin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Qobustan rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Qobustan rayon Polis Şöbəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar