Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-33/2025 28.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1963-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 332.1-ci, 342.7-ci və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 332.1-ci, 342.7-ci və 342.9-cu maddələri ilə 22 yanvar 2025-ci il tarixli, İXP6839793 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2 bildirdi ki, o, Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidmətinin inspektoru vəzifəsində çalışır. 22 yanvar 2025-ci ildə Şəxs Qobustan şəhəri, Heydər Əliyev prospektində xəstəxana istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin üzərində hər iki dövlət qeydiyyat nişanı olmamış və operativ nəqliyyat vasitəsinə aid olan xüsusi sayrışan işıqlardan istifadə etmişdir. Bununla bağlı ona yaxınlaşıb özünü təqdim etmiş, sənədlərini istəmiş, bu zaman onun sayrışan işıqlardan istifadə etməsi müəyyən edilmişdir. Sonradan onun qadağan olunmuş səs siqnallarından da istifadə etməsi aşkar olunmuşdur. Bu səbəblə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Özü 1-ci qrup əlildir, 1992-ci ildə cəzaçəkmə müəssisəsindən Qarabağa döyüşə getmiş, müvafiq təsdiqedici sənədləri olmasa da, döyüşlərdə qəlpə yarası almışdır. Təxminən 4-5 il əvvəl ayağındakı problemlə əlaqədar olaraq onun ayağı amputasiya olunmuşdur. O, qadağan olunmuş səs siqnallarından və xüsusi işıq cihazlarından hansı səbəblə istifadə etməsi barədə suala cavab olaraq bildirmişdir ki, onun övladı da 1-ci qrup əlildir, onu xəstəxanaya təcili çatdırmaq lazım olanda həmin vasitələrdən istifadə edir. Həmin vasitələrin quraşdırılması üçün icazə almamışdır. Həqiqətən də, onun avtomobili idarə etmək üçün hüququ olmamış, dövlət qeydiyyat nişanı avtomobilin üzərində olmamış, eyni zamanda xüsusi səs və işıq siqnallarından istifadə etmişdir. Bir daha həmin vasitələrdən istifadə etməyəcəkdir. Xahiş edir ki, onun barəsində minimum həddə tədbir görülsün və vəziyyəti nəzərə alınsın. İXM-in 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 342.7-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs protokolda göstərilən inzibati xətaları törətməsi onun öz ifadəsi ilə sübuta yetirilir. Bunu nəzərə alan məhkəmə bildirir ki, Şəxs məhkəmənin baxmaq səlahiyyəti olan İXM-in 342.9-cu maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs avtomobili idarə etmək üçün hüququ olmadığını, dövlət qeydiyyat nişanının avtomobilin üzərində olmadığını, eyni zamanda xüsusi səs və işıq siqnallarından istifadə etdiyini qəbul etmişdir. Bu hal iş materialları və protokolu tərtib edən şəxsin ifadəsi ilə də öz təsdiqini tapır. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən 22 yanvar 2025-ci ildə saxlanılarkən o, xüsusi səs və sayrışan işıq siqnallarından istifadə etmişdir. Məhkəmə bildirir ki, Şəxs protokolda göstərilən hər üç maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini qəbul etsə də, Şəxs barəsində məhz məhkəmənin baxmağa səlahiyyətli olduğu İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməsə də, onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmuşdur. Belə ki, İXM-in 32.1.1-ci maddəsinə görə, onun törətdiyi əməli etiraf edib səmimi peşman olması, İXM-in 32.2-ci maddəsi baxımından isə 1-ci qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 342.9-cu maddəsi çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş çoxavazlı səs və sayrışan işıq siqnalları müsadirə edilməklə, 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 342.9-cu maddəsi çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş çoxavazlı səs və sayrışan işıq siqnalları müsadirə edilməklə, 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Müsadirə edilən çoxavazlı səs və sayrışan işıq siqnalları Qobustan rayon Polis Şöbəsinə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-33/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-33/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver