Məhkəmə qərarları › İş №3(026)-335/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-335/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-335/2023 20.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Qobustan rayonu Hilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Hilmilli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDi: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda 20 noyabr 2023-cü il tarixdə Qobustan rayonunun Hilmilli kəndi ərazisində Şəxs bir lüləli, 16 kalibrli, 63662 nömrəli qeydiyyatda olmayan ov silahını saxlaması və daşıması göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, bir lüləli, 16 kalibrli, 63662 nömrəli ov silahı mərhum atasına məxsusdur və atasının silaha dair icazəsi olmuşdur. Atası 2022-ci ildə rəhmətə getmişdir. Sonradan o, həmin silahın sənədləşməsi üçün müraciət etməmişdir. Lakin həmin silahı Qobustan rayon polis şöbəsinə özü gətirib təhvil vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qobustan rayon polis şöbəsi tərəfindən X2 adına 26 aprel 2010-cu il tarixdə verilmiş 61 nömrəli şəhadətnamənin surətindən görünür ki, bir lüləli, 16 kalibrli, 63662 nömrəli ov silahının saxlanılması və istifadə edilməsi üçün X3 icazə verilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 265004 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Müəyyən edildi ki, bir lüləli, 16 kalibrli, 63662 nömrəli ov silahı 20 dekabr 2022-ci il tarixdə vəfat etmiş X1 qalmış, Kərəm Cəfərovun həmin ov silahını saxlamağa və istifadə etməyə icazəsi olmuşdur. Şəxs atasından qalmış bir lüləli, 16 kalibrli, 63662 nömrəli ov silahını özü könüllü olaraq Qobustan rayon polis şöbəsinə təhvil vermişdir. Ona görə də Şəxs inzibati xətaları törətməkdə təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə tövsif olunmalı Şəxs Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Şəxs atasından qalmış bir lüləli, 16 kalibrli, 63662 nömrəli ov silahını Qobustan rayon polis şöbəsinə könüllü təhvil verməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 590.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib bir lüləli, 16 kalibrli, 63662 nömrəli ov silahı müsadirə edilməklə 50 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar