Məhkəmə qərarları › İş №3(026)-335/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-335/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-335/2024 11.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X4 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımın inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Ağsu rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi ev 25-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İXMin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 09 oktyabr 2024cü il tarixli İXP ******* nömrəli protokolda Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitələrinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi göstərilmişdir. Nəticə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 334.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qobustan rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımı tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımın inspektoru polis serjantı X2 izahatında bildirdi ki, 09 oktyabr 2024-cü il tarixdə Qobustan rayonu ərazisində xidmətdə olarkən axşam saat 02:02 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisində hərəkətdə olan VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşın sol qabarit işığının yanmadığına görə tərəfindən saxlanılmış və avtomaşının sürücüsü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, iradə etdiyi VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 09 oktyabr 2024-cü il tarixdə Qobustan rayonu ərazisində xidmətdə olarkən yol polisi tərəfindən saxlanılmış, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Əməlindən peşmandır. Məhkəmə, protokolu tərtib etmiş polis əməkdaşının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarında olan “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavənin sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 378 saylı aktından görünür ki, Şəxs 09 oktyabr 2024-cü il tarixdə yüngül alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar