Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-339/2023 21.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, eyni zamanda polisin qanuni tələbinə tabe olmayaraq söyüşlər söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 19 noyabr 2023-cü il tarixdə 00:30 radələrində Qobustan şəhər ərazisində olmuşdur. Bu vaxt toydan çıxdığı üçün özündə olmamış və səs küy salaraq ətrafda gəzmişdir. Onun yanına polis əməkdaşları gəlmiş və onu sakitliyə riayət etməyə dəvət etmişdir. O da ilkin olaraq polis əməkdaşları ilə razılaşmamış və tabe olmamışdır. Daha sonradan polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində izahat verərkən könüllü olaraq narkotik vasitə istifadə etdiyini bildirmişdir. O, təxminən 20 gün bundan əvvəl Salyan şəhərində yerdən narkotik vasitə tapmış və həmin narkotik vasitəni istifadə etmişdir. Etdiyi əmələ görə peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. X5 ifadəsində bildirdi ki, Qobustan RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 noyabr 2023-cü il tarixdə Qobustan şəhər ərazisində saat 00:30 radələrində xidmətdə olarkən bir nəfər şəxsin şübhəli hərəkətlərini hiss edib ona yaxınlaşmış, özünü təqdim edib suallar vermiş, həmin şəxs şübhəli hərəkətlər etdiyi üçün ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs vəsiqəsinin üzərində olmadığını bildirmiş, ucadan nalayiq sözlər demişdir, onlar da həmin şəxsi RPŞ-yə dəvət etmişlər. Şəxs ictimai qaydanı pozmağa davam etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonradan həmin şəxs Qobustan RPŞ-yə gətirilmiş və onun Şəxs olması müəyyən edilmişdir. Şahid X1 rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili işlədiyini bildirərək, şahid X4 ifadəsinə oxşar ifadə verdi. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin 20 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin 20 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 20 noyabr 2023-cü il tarixli 7573 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Şəxs kannabionidlərin və psixostimulyatorun qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Məcburi müalicənin aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsə həvalə edilsin. Məcburi müalicənin aparılmasına dair qərarın icrası Qobustan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-339/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-339/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver