Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-34/2021 12.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1968-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qobustan şəhərinin H. Əliyev prospektində qanunla müəyyən edilməmiş qaydada təşkil edilməklə toplaşdığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə həmyerliləri ilə birlikdə yolun bağlanmasına etiraz olaraq heyvanları yolun hərəkət hissəsi ilə aparmışlar. Öz etirazlarını ifadə etmək üçün küçəyə çıxmışlar. Həmin vaxtı polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Heyvanlarını küçəyə çıxarmalarının səbəbi örüş yolunun bağlanması olmuşdur. Rayon rəhbərliyinə öz etirazlarını bu yolla bildirmişlər. Əgər onlara heyvanlarının örüşə aparılması üçün yol verilərsə bir daha belə hallara yol verməyəcəkdir. Əməlindən peşmandır. Müəyyən olundu ki, Şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaqda iştirak etmiş, digər kənd sakinləri ilə birlikdə avtomagistral yola xırda buynuzlu heyvanları toplamaqla magistral-avtomobil yolunu 15-20 dəqiqə bağlamışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, O.B. Təhməzov Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-34/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-34/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver