Məhkəmə qərarları › İş №3(026)-341/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-341/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-341/2023 01.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, X5 və Qobustan rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X2 iştirakı ilə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi ilə tərtib edilmiş 18 oktyabr 2023-c il tarixli MN ******* saylı protokol və onun əsasında qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi ilə tərtib edilmiş 18 oktyabr 2023-c il tarixli MN ******* saylı protokol və onun əsasında qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, 1992-ci ildə ona qanuni əsaslarla yeni massiv adlanan ərazidə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ev tikmişdir. Evin üzərindən elektrik cərəyanı keçdiyindən evin damının bir hissəsini normal düzəltdirə bilməmiş, həmin hissəyə şiferi sadəcə olaraq döşəmişdir. Yağışlı havalarda evin həmin hissəsi damır. Ona görə də o, həyətyanı torpaq sahəsində oğlu Beyrək üçün kürsülü ev tikdirmişdir. Həyətyanı torpaq sahəsinə kupçanın olub-olmamasından, evin tikintisinə görə icazə olub-olmamasından, RİH Tikinti və Memarlıq şöbəsinin məlumatlandırılıb-məlumatlandırılmamasından, evə dair həmin şöbənin layihə-simeta sənədi hazırlanıb-hazırlanmamasından məlumatı yoxdur. Bu işlərlə oğlu Beyrəy məşğul olub. Qobustan şəhər icra nümayəndəliyinin arayışında oğlu Beyrəyin Qobustan şəhəri Yeni Massiv ünvanında fərdi yaşayış evi olduğu təsdiq olunub. 02 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən 800 manat məbləğində cərimə edilmiş, eyni zamanda şərti olaraq guya hüquqpozmanın aradan qaldırılması üçün 1 ay müddət müəyyən edilmişdir. Cərimənin əsası kimi Qobustan şəhərində heç bir sənəd olmadan tikinti işlərinin aparılması əsas göstərilmişdir. Protokol ona təqdim edilməmiş, onun əsasında qəbul edilmiş qərar isə ona poçt vasitəsilə 17 noyabr 2023-cü ildə təqdim edilmişdir. 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokol və 02 noyabr 2023-cü il tarixli MN ******* saylı qərar ləğv edilməlidir. İnzibati xəta haqqında qərar X7 tərəfindən imzalanmışdır ki, həmin şəxsin hazırki qaydada qərar imzalamaq səlahiyyəti olub-olmaması ümumiyyətlə naməlumdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 may 2023-cü il tarixli arayışı ilə hazırda mübahisələndirilən evlə bağlı oğlu X3 fərdi yaşayış evinin mövcudluğunu qəbul edərək su xəttinin çəkilməsi və yeni kodun alınması üçün arayış verilmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi ilə tərtib edilmiş 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokol və onun əsasında qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qobustan rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X4 izahat verərək göstərdi ki, Qobustan rayon polis şöbəsindən rayon İcra Hakimiyyətinə X5 Azərbaycan Respublikası İXM-in 395-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair 18 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında porotokol daxil olmuşdur. X9 rayon İcra Hakimiyyəti tikinti ilə əlaqədar heç bir sənəd təqdim etməyib. Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin sorğusuna əsasən rəsmi olan Qobustan şəhər sakini X5 Qobustan şəhərndə fərdi yaşayış evi tikməsi barədə Tikinti və Memarlıq şöbəsinə heç bir məlumat verməməsini bildirmişdir. Barəsində inzibati xəta haqqında protokola əsasən qərar qəbul ediləcəyi barədə B. Hüseynova məlumat verilsə də, o, rayon İcra Hakimiyyətinə gəlməmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2021-ci il tarixli 145 nömrəli sərəncamı ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyət verilmiş, başçının müavini Qobustan rayonu İcra hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X7 tərəfindən 02 noyabr 2023-cü il tarixdə X9 Azərbaycan Respublikadı İXM-in 395-ci maddəsi ilə təqsirli bilinərək 800 manat şərti cərimə cəzası ilə tənbeh olunmuşdur. Bu müddət ərzində də X9 tikinti sənədləşməsi ilə əlaqədar icra Hakimiyyətinə müraciət etməmiş və heç bir sənəd təqdim etməmişdir. Şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, X1 şəhəri ərazisində heç bir sənədi olmadan tikinti işləri apardığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərarın surətindən görünür ki, X1 şəhəri ərazisində heç bir sənədi olmadan tikinti işləri apardığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 800 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Qobustan rayonu İcra hakimiyyəti başçısının 145 nömrəli 30 dekabr 2021-ci il il tarixli sərəncamından çıxarışdan görünür ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanın 5-ci bəndinin icrasının təmin edilməsi, inzibati xətalar haqqında işlərə operativ və vaxtında baxılması məqsədi ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə uyğun olaraq Qobustan rayonu İcra hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X7 və rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi, şöbə müdiri-baş memar v.m.i.e X6 həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Müəyyən olundu ki, X1 şəhərində heç bir sənəd olmadan tikinti işlərinin apardığına görə 02 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən 800 manat məbləğində cərimə edilmiş, azərbaycan Respublikası İXM-in 116-cı maddəsi tətbiq edilmişdir. Bundan əlavə, qanunvericiliyə əsasən protokoldan şikayət nəzərdə tutulmamışdır. Qərardan şikayət isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X5 barəsində 18 oktyabr 2023-c il tarixli MN ******* savlı protokol və onun əsasında qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: X5 barəsində 18 oktyabr 2023-c il tarixli MN ******* savlı protokol və onun əsasında qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar