Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-342/2023 24.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Təqirləndirilən şəxs Şəxs Etibar oğlunun iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1984-cü ildə Şamaxı rayonu Təsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təsi kəndində qeydiyyatda olan Şəxs Etibar oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş ******* saylı protokolda Şəxs Etibar oğlunun 21 oktyabr 2023-cü il tarixdə saat 08:00-da Qobustan rayonunun Təsi kəndində atası Etibar Mustafayevə məxsus evə gələrək səs-küy salıb Etibar Mustafayevin nəvəsi Mərdan Qasımovun sifət nahiyyəsinə sillə ilə vuraraq döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Etibar oğlu izahat verərək bildirdi ki, Etibar Mustafayev atası, Mərdan Qasımov isə bacısı oğludur. Münasibətləri daima normal olmuşdur. O, bundan bir neçə il əvvəl ailəsindən boşanmış və tək yaşayır. Arabir özü tək evində spirtli içki qəbul edir. Atası Etibar da onun spirtli içki qəbul etməyi ilə razılaşmır və onun barəsində şikayətlər edir. 21 oktyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində o, Qobustan rayon Təsi kəndində yerləşən atasının fərdi yaşayış evində olmuşdur. Bu vaxt ailə münasibətləri səbəbindən atası Etibarla aralarında mübahisə yaranmışdır. Atası onu tutduracağını deyərək polisə zəng etmişdir. Mərdanı döyməmişdir, onun üstünə qışqırmış, danlamışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 20 noyabr 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəxs Etibar oğlunun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Etibar oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Etibar oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs Etibar oğlu barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Etibar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-342/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-342/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver