Məhkəmə qərarları › İş №3(026)-344/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-344/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-344/2023 05.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs təsisçisi və direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam idarəsinin hüquqi şəxs –Şəxs barəsində tərtib etdiyi 14 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayonu “Bakı-Şamaxı-Yevlax” yolu üzərində yerləşən Şəxs YDM obyektinin qarşısında və üzərində 09 oktyabr 2023-cü il tarixdən hal-hazıradək müvafiq icazə sənədi almadan açıq məkanda qanunsuz reklam yayımlanması göstərilərək Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam idarəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs təsisçisi və direktoru X2 ifadə verərək göstərdi ki, Şəxs qanuni təsisçisi və direktorunun iyun ayından Qobustan rayonu “Bakı-Qazax-Yevlax” yolunun 85-ci km yanacaq doldurma məntəqəsini müasir üsluba uyğun təmiretməyə başlamışdır. Təmir başa çatmamış “LUKOİL - Azərbaycan" şirkət tərəfindən şifahi və yazılı surətdə ona məxsus ünvanda yerləşən yanacaq doldurma məntəqəsi “LUKOİL” əmtəə nişanlarına bənzər və ya qarışdıralacaq dərəcədə oxşar, təsvir və dizayndan istifadə edilməsini bildirmişdir. Həmin məktubu nəzərə alaraq yuxarıda qeyd olunan tələbi könüllü olaraq öz üzərinə götürmüş və icrasını təmin edir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Şəxs şirkətinə heç bir yazılı və şifahi xəbərdarlıq etmədən onun şirkətinə qarşı 14 noyabr 2023cü il tarixdə inzibati protokol tərtib edilmiş və onun ünvanıma göndərilmişdir. Həmin protokolun surətini rəsmi qaydada 25 noyabr 2023-cü il tarixində almışdır. Protokolu almazdan əvvəl Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən telefonla ona inzibati protokol yazılmasını bildirməklə onlarla müqavilə bağlanmasını bildirmişlər. Ona görə də 17 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi ilə rəsmi müqavilə imzalamış və onlara bildirmişdir ki, hazırda yanacaq doldurma məntəqəsində təmir işləri aparılır və “LUKOİL-Azərbaycan” şirkəti tərəfindən onlara rəsmi məktub gələrək onlardan dizayn tələblərinin dəyişilməsini tələb ediblər. Təmir işlərinin tamamlanmamasına baxmayaraq Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi ilə bağlanmış müqaviləyə əsasən onların tələb etdiyi qaydada illik dövlət rüsumları ödənilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən ona rəsmi qaydada heç bir məktub göndərmədən və hətta şifahi xəbərdarlıq belə edilmədən guya onun reklam qaydalarını pozduğuna görə inzibati qaydada protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Ona görə də həmin inzibati protokolun etibarsız hesab edilməsi üçün qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin rəisi Ehtiram Həsənov məhkəməyə ərizə göndərərək işə idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan 4 saylı vergi idarəsinin 12 iyun 2023-cü il tarixli çıxarışının surətindən görünür ki, Şəxs ********** saylı VÖEN-lə 4 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin icazəsiz, həmçinin icazə sənədi olmadan və ya müvafiq haqqı vaxtında ödəmədən açıq məkanda reklam yayımı hallarının müəyyən edilməsi haqqında 27 sentyabr 2023-cü il tarixli 000741 saylı aktında göstərilir ki, Qobustan rayonu “Bakı-Şamaxı-Yevlax” yolu üzərində yerləşən ********** VOEN-i olan Şəxs YDM obyektinin qarşısında müvafiq icazə sənədi almadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin “Reklam haqqında” Azərbaycan Respublikasının Mövcud Qanunvericiliyin pozulmasına dair icrası məcbur olan 27 sentyabr 2023-cü il tarixli 000741 saylı göstərişdə göstərilir ki, Qobustan rayonu “Bakı-Şamaxı-Yevlax” yolu üzərində yerləşən Şəxs YDM obyektinə qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması bildirilməsi və əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsində və Qanunun 3.5-ci bəndində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı bildirilmişdir. Şəxs təsisçisi və direktoru X1 Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə ünvanladığı 17 noyabr 2023-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətindən görünür ki, 17 noyabr 2023-cü il tarixdən etibarən 1 (bir) il müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsinə razılıq verilməsi xahiş olunmuş və icazənin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın ödənilməsinə zəmanət verilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 17 noyabr 2023-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsi üçün reklam daşıyıcılarının faktiki ölçülərinin, növünün və effektivlik zonasının müəyyənləşdirilməsi məqsədi ilə reklam yayıcı ilə ikitərəfli qaydada tətbiq edilmiş aktdan görünür ki, Qobustan rayonu “Bakı-Şamaxı-Yevlax” yolu üzərində yerləşən Şəxs YDM obyektinə icazə verilmiş reklam daşıyıcısının ölçüləri və növləri –dizel 1-0.60 x 2.50 x 2=3 m2, dizel 2-0.60 x 1.50=0.90 m2, S2 benzin-0.80 x 1.50 x 2=2.40 m2, OİL 0.90 x 2.00 x 3=5.40 m2, toplam=11,70 m2. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 30 noyabr 2023-cü il tarixli **********80001 qeydiyyat nömrəsi olan açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədindən görünür ki, Qobustan rayonu, Qobustan şəhəri Bakı-Şamaxı-Yevlax yolunun yanı, ev 85 km-də yerləşən Şəxsnə 2.50*0.60 m ölçüdə digər fəsad reklamlarına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 30 noyabr 2023-cü il tarixli **********80002 qeydiyyat nömrəsi olan açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədindən görünür ki, 17 noyabr 2023-cü il tarixdən 17 noyabr 2024-cü il tarixədək Qobustan rayonu, Qobustan şəhəri Bakı-Şamaxı-Yevlax yolunun yanı, ev 85 km-də yerləşən Şəxsnə 1.50*0.60 m ölçüdə digər fəsad reklamlarına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 30 noyabr 2023-cü il tarixli **********80003 qeydiyyat nömrəsi olan açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədindən görünür ki, 17 noyabr 2023-cü il tarixdən 17 noyabr 2024-cü il tarixədək Qobustan rayonu, Qobustan şəhəri Bakı-Şamaxı-Yevlax yolunun yanı, ev 85 km-də yerləşən Şəxsnə 1.50*0.80 m ölçüdə digər fəsad reklamlarına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 30 noyabr 2023-cü il tarixli **********80002 qeydiyyat nömrəsi olan açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədindən görünür ki, 17 noyabr 2023-cü il tarixdən 17 noyabr 2024-cü il tarixədək Qobustan rayonu, Qobustan şəhəri Bakı-Şamaxı-Yevlax yolunun yanı, ev 85 km-də yerləşən Şəxsnə 2.00*0.90 m digər fəsad reklamlarına icazə verilmişdir. 27 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs "xxxx" ASC-in hesabına reklam üçün 58 (əlli səkkiz manat) 50 (əlli qəpik) dövlət rüsumu ödəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təsisçisi və direktoru X1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs hərəkətində inzibati xəta tərkibi olmadığı üçün işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış icraat üzrə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış icraat üzrə inzibati xəta tərkibi olmadığı üçün işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar