Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-344/2025 21.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1987-ci il təvəllüdlü, Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-238/2023 saylı, 14 iyul 2023-cü il tarixli icra sənədinə əsasən bir uşağın saxlanılması üçün cəmi 170 manat məbləğində aliment Şəxs tutularaq X6 ödənilməlidir. Lakin Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs aliment borcunu ödəməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 14 iyul 2023-cü ildə verilmiş 13 iyun 2023-cü il tarixli, 2(026)-238/2023 saylı icra icra sənədinə əsasən 20 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment və Fatimənin müalicəsi üçün 40 manat əlavə xərc alınaraq X6 verilməlidir. Həmin icra sənədi 14 iyul 2023-cü ildə Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, elə həmin tarixdə də icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şəxs inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, onun bir neçə dəfə yazılı izahatı alınmışdır. Lakin Şəxs qəti şəkildə həmin icra sənədi üzrə hər hansı aliment ödənişi etməyəcəyini bildirmiş, hətta özünü öldürəcəyini qeyd etmişdir. Sonradan tələbkar 2025-ci ilin sentyabr ayında ərizə ilə müraciət edərək, əvvəldən yığılmış aliment borcunu istəmədiyini, yalnız son 7 ay üzrə yaranmış 1020 manat aliment borcunu tələb etdiyini bildirmiş, hazırda isə aliment borcu artaraq 1190 manat olmuşdur. Əlavə olaraq qeyd etdi ki, o, borcluya tələbkarın bank kartı ilə bağlı məlumat versə də, o, yenə də aliment ödənişi etməyəcəyini bildirmişdir. Qobustan Rayon Məhkəməsi tərəfindən 14 iyul 2023-cü ildə verilmiş 13 iyun 2023-cü il tarixli, 2(026)- 238/2023 saylı icra sənədi üzrə aliment borcunu ödəməməklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərdi ki, o, əvvəllər aliment ödənişlərini etmiş, hərdən tələbkara müxtəlif məbləğlərdə əlbəəl ödənişlər etmişdir. Lakin bununla bağlı qəbzləri hazırda məhkəməyə təqdim edə bilmir. Onun özünə valideynləri baxdığından o, uşağının saxlanılması üçün ayda 170 manat ödəniş edə bilmir. X7 sonradan ailə həyatı da qurduğuna görə kartını bağlatdırmış, buna görə də aliment ödənişlərini sonradan edə bilməmişdir. Sonuncu dəfə isə uşaq məktəbə gedərkən 100 manat məbləğində ödəniş etmişdir. Əgər onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilərsə, o, cərimə məbləğini ödəyə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən 14 iyul 2023-cü ildə verilmiş 13 iyun 2023-cü il tarixli, 2(026)-238/2023 saylı icra vərəqəsindən görünür ki, 20 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment və Fatimənin müalicəsi üçün 40 manat əlavə xərc alınaraq X6 verilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 2(026)-238/2023 saylı, 14 iyul 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatları alınmışdır. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən 14 iyul 2023-cü ildə verilmiş 13 iyun 2023-cü il tarixli, 2(026)-238/2023 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. Şəxs aliment ödənişlərini etdiyini bildirsə də, əvvəlcə bunu təsdiq edən qəbzlərin evdə olduğunu, hazırda təqdim edə bilmədiyini bildirmiş, daha sonra isə ödənişləri əlbəət etdiyini, yekunda isə tələbkarın kartı bağlatdırdığına görə ödəniş edə bilmədiyini söyləmişdir. Məhkəmə bildirir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 21 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-344/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-344/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver