Məhkəmə qərarları › İş №3(026)-345/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-345/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-345/2022 11.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1997-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çalov kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs 14 iyul 2022-ci il tarixdə Qobustan rayonunun Çalov kəndində X3 ilə aralarında yaranmış mübahisə zamanı əmisi Elburusu döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə qonşuluğunda yaşayan əmisi Elburusun həmin evin arxa hissəsində onlara məxsus olan torpaq sahəsində qazıntı işi aparmaq istədiyini görmüşdür. Bu vaxt onun atası Pərviz ona yaxınlaşmış və bunu dayandırmasını tələb etmişdir. Pərvizlə Elburusun arasında mübahisə yaranmış və o, atası ilə əmisini sakitləşdirmək istəyərkən Elburus onun atasına qarşı nalayiq ifadə işlətmişdir. O, da buna əsəbləşərək əmisi Elburusun sifət nahiyəsindən yumruqla zərbələr vuraraq onu döymüşdür. Atası Pərviz isə onun üstünə acıqlanaraq onu oradan uzaqlaşdırmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Pərviz Məmmədov onun qardaşı və Şəxs isə Pərvizin oğludur. 14 iyul 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Çalov kəndindəki evinin arxa hissəsində traktor vasitəsilə su quyusu qazarkən qardaşı Pərvizlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Pərviz onun əllərindən tutmuş Pərvizin oğlu Elşad isə onun bədəninin müxtəlif yerlərindən yumruq və təpiklə zərbələr vuraraq onu döymüşdür. Dahasonra isə Pərviz də onun başından yumruqla vuraraq onu döymüşdür. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 04 avqust 2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon Çalov kənd sakini X2 müraciəti əsasında toplanmış materialda həmin kənd sakini Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 04 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Qobustan rayon MTE və PAB verdiyi xx.xx.2022-ci il tarixli 120-nömrəli rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilən xəsarətlər- sol gözaltı, sağ gözaltı, sağ təpə, sol bazu, sağ kürəküstü, sağ və sol diz oynaqları nahiyələrinin qançırları, üst dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşya təsirindən xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində yetirilə bilər. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin X4 filialının verdiyi 10 avqust 2022-ci il tarixli **********8 saylı arayışından görünür ki, Şəxs İİ dərəcəli ümumi səbəbdən əlilliyə görə 22 oktyabr 2015-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək sosial müavinət almışdır. Hal-hazırda DSMF publik hüquqi şəxsin X6 filialından heç bir növ pensiya, müavinət və təqaüd almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar