Məhkəmə qərarları › İş №3(026)-345/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-345/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-345/2023 28.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Bədəlii kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 28 noyabr 2023-cü il tarixdə Qobustan rayonunun Bədəlli kəndində, kənd sakini X1 şəhid olmuş oğlunu söyüb təhqir etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həmkəndlisi X3 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq onun və anası Nazeykənin onun Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Fədaini söyməyi barədə şikayət etmişdir. Aralarında mübahisə olmuşdur. Nə o, nədəki anası X2 və Fədail Nadirovun ünvanına söyüş söyməmişlər. Zərərçəkmiş şəxs X3 ifadə verərək göstərdi ki, oğlu Fədail Nadirov 2020-ci ilin sentyabr ayında başlamış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak edərkən 26 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Onunla Bədəlli kəndində qonşuluqda yaşayan Nazeykə və onun oğlu Xəqani Balakişiyevlər heç bir səbəb olmadan oğlu Fədaili nalayiq ifadələrlə söyüb təhqir etmişlər. O, da bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək və polis şöbəsinə ərizə verərək məlumat vermişdir.Onun barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.  Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar