Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-349/2023 29.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Təqirləndirilən şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1994-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Bədəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş ******* saylı protokolda Şəxs 13 iyun 2023cü il tarixdə təxminən saat 01:00 radələrində Qobustan rayonunun Bədəlli kəndində yaşadığı evin qarşısında aralarında yaranmış şəxsi mübahisə zamanı X2 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 iyun 2023-cü il tarixdə o, Bədəlli kəndində olan evlərində olmuşdur. Təxminən saat 00-30 radələrində həmkəndlisi Xəqani Balayevin onun evinin qarşısına gələrək nalayiq söyüşlər söydüyünü eşitmişdir. O küçəyə çıxıb Xəqanidən bu cür söyüşlər söyməməsini xahiş etmişdir. Lakin Xəqani onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. O, Xəqani Balayevin hərəkətlərinə fikir verməyərək evə girmişdir. Daha sonra Xəqani onun həyətinə girmək istədikdə o, Xəqani Balayevin sifətinə sillə vuraraq onu döymüşdür, bundan sonra Xəqani oradan uzaqlaşaraq çıxıb getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Fərid və Fədan qardaşları onun həmkəndliləridir. Əvvəllər münasibətləri normal olmuşdur. 12 iyun 2023-cü il tarixdə Bədəlli kəndində Nasir adlı şəxsin evində oğlunun böyük toyu üçün toy axşamı məclisi təşkil olunmuşdur. O, həmkəndlisi Nasirin evində toy axşamı məclisində qonaq kimi iştirak etmiş, heç bir qumar oyunu oynamamışdır. O, və bir neçə həmkəndlisi həmin məclisdə olmuşlar. Onlar həmin toy axşamında qumar oynamağa başlamışlar. Bundan sonra isə toy sahibi Nasir adlı şəxs onlardan qumar oyunun dayandırılmasını istəmiş və onlar toy axşamı məclisindən çıxmışlar. O, çölə çıxdıqda səs-küy olduğunu və Rəşad adlı şəxsin alnından qan axdığını görmüşdür. Rəşad adlı şəxsin yanında həmin vaxt Fədan və Şəxslar olduğunu gördükdə Rəşadı Fədan və Fərid qardaşları döydüyünü güman etmişdir. Bundan sonra həmin şəxslərin yanına yaxınlaşdıqda Fərid onun başından yumruqla, Fədan isə qarın nahiyyəsindən yumruq və təpiklə zərbə vuraraq onu döymüşlər və əynində olan köynəyini cırmışlar. Bundan sonra Fədan əllərini əynində olan şalvarın ciblərinə salaraq cibində olan 700 manat pulu götürüb getmişlər. Lakin o, Fərid və Fədan Nadirovlara qarşı heç bir zor tətbiq etməmiş və aralarında olan mübahisə təxminən 4-5 dəqiqə aralığında davam etmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İB-nin 22 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin İB-nin 22 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şamaxı rayon MTE və PA birliyinin verdiyi xx.xx.2023-ci il tarixli və 75 nömrəli rəyindən görünür ki, X1 məhkəmə tibbi ekspertizası zamanı bədənində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-349/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-349/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver