Məhkəmə qərarları › İş №3(026)-349/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-349/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-349/2024 25.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Cəmcəmli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixdə İXM-in 157-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 02 iyun 2024-cü il tarixdə saat 19 radələrində həmkəndlisi X2 ilə aralarında yaranmış mübahisə zamanı Şahgəldi Hacaliyevin sifət nahiyəsinə vuraraq ona ağırlıq dərəcəsi təyin olunmayan xəsarət yetirməklə fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Şahgəldi Hacaliyev onun həmkəndlisidir. Bir-birlərini düzgün başa düşməmələri nəticəsində aralarında mübahisə yaranmış və dalaşmışlar. Bu zaman o həqiqətən də Şahgəldi Hacaliyevi vurmuşdur. Lakin hazırda barışmışlar və onlar arasında hər hansı mübahisə qalmamışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirdi ki, Şəxs onun həmkəndlisidir. Onlar arasında anlaşılmazlıq səbəbindən mübahisə yaranmış və dalaşmış olsalar da, hazırda barışmışlar. Onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. Bu halın nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə bildirir ki, tərəflərin barışması ilə yanaşı, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-in 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, inzibati xəta 02 iyun 2024-cü ildə törədilmiş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar isə 24 iyun 2024-cü ildə qəbul edilmişdir. Bununla da şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından və onun inzibati məsuliyyətə cəlb edilməsi müddəti keçdiyindən, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-in 38, 39, 53.1.9, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar