Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-35/2021 12.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda Şəxs xx xxxxxx 2021-ci il tarixdə qanunsuz olaraq Qobustan şəhərinin H. Əliyev prospektində magistral yolu bağladığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. Təsərrüfatında özümə məxsus 9 baş xırda buynuzlu heyvanları vardır. Həmin heyvanları kənd camaatı ilə birlikdə örüşə ötürür. Heyvanlarını örüşə ötürmək üçün Qobustan şəhəri Yeni massiv ərazisindən aparırdılar. 4-5 gündür ki, həmin yol satıldığı üçün yoldan istifadə edə bilmirlər. Ona görə də xx xxxxxx 2021-ci il tarixdə saat 08 radələrində bir neçə həmkəndlisi ilə birlikdə etiraz olaraq heyvan sürüsünü Bakı-Şamaxı magistral yolundan keçirərək H.Əliyev prospektində yolun hərəkət hissəsini bağlamışlar. Bu da yolda nəqliyyat vasitələrinin hərəkətini dayandırmışdır. Heyvan sürüsündə 400baş xırda buynuzlu heyvan olmuşdur. Bu hərəkətləri təxminən 20 dəqiqə davam etmişdir. Polis əməkdaşlarının müdaxiləsindən sonra yolun hərəkət hissəsi boşaldılmışdır. Bir daha belə hallara yol verməyəcəkdir. Müəyyən olundu ki, Şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaqda iştirak etmiş, digər kənd sakinləri ilə birlikdə avtomagistral yola xırda buynuzlu heyvanları toplamaqla magistral-avtomobil yolunu 15-20 dəqiqə bağlamışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, N.B. Babaşov Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-35/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-35/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver