Məhkəmə qərarları › İş №3(026)-353/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-353/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-353/2023 14.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru X2 iştirakı ilə, X1 BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru X2 09 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru X2 09 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət vermişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, 09 noyabr 2023-cü il tarixdə idarə etdiyi “Mersedes” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayon postu ərazisində hərəkətdə olan zaman BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru X4 ona saxla işarəsi vermiş və ona yolu gözləmədən çıxdığını deyərək ona posta yaxınlaşmasını bildirmişdir. O, da etiraz edərək posta yaxınlaşmamışdır. Həmin vaxtı inspektorun üst kamerası və döş nişanı olmamışdır. İnspektor onun sənədini üstünə ataraq barəsində protokol tərtib etmişdir. Həmin qərarla razı olmadığını və qərarın araşdırılmasını xahiş etmişdir. X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokolu tərtib etmiş şəxs X4 ifadə verərək göstərdi ki, BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru vəzifəsində işləyir. 09 noyabr 2023-cü il tarixdə saat 16 radələrində 705 stasionar postda xidmətdə olmuşdur. İki avtomaşın 2.5 yol nişanı tələbini pozaraq 2-ci dərəcəli yoldan baş yola saxlamadan çıxdılar. Hər-iki avtomobilin sürücülərinə protokol yazıb qərar qəbul etmişdir. Ruslan Cavadov onunla kamera görüntüsünə baxmağa getməkdən imtina etdi, digər sürücü posta gedib kamera görüntüsünə baxdı və yol hərəkəti qaydasını pozduğunu etiraf etdi. Ruslan Cavadov onun tərtib etdiyi qərar və protokoldan etdiyi şikayət baş idarə tərəfindən yoxlanılmış və protokolun düzgün tərtib olunduğu məlum olmuşdur. Məhkəmə BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru X2 ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektoru X4 tərəfindən 09 noyabr 2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə etmişdir. Müəyyən olundu ki, X3 09 noyabr 2023-cü il tarixdə idarə etdiyi “Mersedes” markalı **-OP- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayon postu-ərazisində hərəkətdə olan zaman yol nişanı tələbini pozaraq 2-ci dərəcəli yoldan baş yolu gözləmədən çıxdığına görə BDYPİ-in YPX alayının İİİ tağımının baş inspektorunun 09 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə etmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İİİ tağımın BYPX inspektoru tərəfindən X3 barəsində tərtib edilmiş TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında 09 noyabr 2023-cü il tarixli TP ******* saylı qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılsın, qərardan verilən şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar