Məhkəmə qərarları › İş №3(026)-354/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-354/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-354/2023 05.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 247, mənzil 61-də qeydiyyatda olan və Qobustan rayonu, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə təxminən saat 13:00-da Qobustan rayon təhsil şöbəsinin binasına daxil olaraq mühasib Nicat Eyyubovun iş otağına girərək Nicat Eyyublunun və idarənin digər əməkdaşlarını söyüb, otağın qapısına təpiklə vuraraq N. Eyyublunun stolunun üstündəki sənədləri dağıtmış və yerə tökmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 04 dekabr 2023-cü il tarixdə anası Humay Hacıyevanın əmək haqqını almaq istəyərkən anasının kartında 350 manat əmək haqqı olmalı olduğu halda cəmi 104 manat pul olduğunu görüb aydınlaşdırılması üçün Qobustan rayon təhsil şöbəsinin binasına gedərək orada işləyən Mahir Soltanovla qarşılaşmış və ondan mühasibin otağını soruşaraq mühasibin otağına daxil olmuşdur. Otaqda mühasib Nicat Eyyublu ilə görüşüb anası Humay Hacıyevanın əmək haqqının az olduğunu, anasının ayağı sındığı üçün işə çıxa bilmədiyini, anası X8 İİ Qarabağ müharibəsi şəhidi Sərxan Hacıyevin anası olduğuna görə şöbənin müdiri Tahir müəllimin bülletenə ehtiyac olmadığını dediyinə görə bülleten açdırmadıqlarını Nicat Eyyubluya demişdir. X11 nahar fasiləsi olduğunu ona dediyinə görə anasının əmək haqqı kartını masanın üstünə ataraq əsəbiləşib Nicatı itələmiş, Nicatın əlindəki sənədlər yerə dağılmışdır. Bundan sonra binadan çıxaraq “andır yığını” sözünü işlətmişdir. O, heç kimin adını çəkməmişdir. X2 ifadə verərək göstərdi ki, 04 dekabr 2023-cü il tarixdə Qobustan şəhər sakini Şəxs işlədiyi Qobustan rayon təhsil şöbəsinin binasına gələrək onun otağına daxil olmuş, əli ilə masanın üzərinə vuraraq ona qarşı təhqiramiz ifadələr işlətmiş, mühasibatlıq sənədlərini dağıdaraq yerə töküb otağın qapısını çırpıb otaqdan çıxmışdır. Həmin vaxtı səs-küyə çıxan idarənin əməkdaşları Mahir Soltanov, Orxan Cəbisoy və Elməddin Mədətovun ünvanına nalayiq ifadələr işlədərək getmişdir. X3 ifadə verərək göstərdi ki, Qobustan rayonu üzrə təhsil kektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. 04 dekabr 2023-cü il tarixdə Qobustan şəhər sakini Hacıyev X7 rayon təhsil şöbəsinin binasına gələrək uşaq bağçasının mühasibatlığına baxan şəxsin kimliyi soruşmuş, ona mühasib Nicat Eyyublunun iş otağını göstərmişlər. Bir neçə dəqiqədən sonra Nicatın otağından yüksək səs gəldiyinə görə dəhlizə çıxıb Nicat Eyyublunun otağına getmiş və mühasibat sənədlərinin yerə dağıldığını görmüş və Şəxs idarənin işçilərinin ünvanına təhqiramiz ifadələr işlətdiyini eşitmişdir. Bundan sonra Orxan qapını təpiklə çırparaq otaqdan çıxıb getmişdir. Şəxs bu hərəkətləri ilə onların iş fəaliyyətini kobud şəkildə pozmuşdur. Orxanın hərəkətləri aktlaşdırılmışdır. X1 ifadə verərək göstərdi ki, 04 dekabr 2023-cü il tarixdə Şəxs Qobustan rayon təhsil sektorunun binasında, Nicat Eyyublunun iş otağından qışqıra-qışqıra təhqiramiz sözlər işlədərək çıxdığını görmüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar