Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-355/2024 30.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxx 1964-cü ildə Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu Xilmilli kəndində qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X11 bildirdi ki, Bakı şəhəri 9 saylı notariat ofisinin 8 İ-5905 nömrəli 20 may 2024-cü il tarixli icra qeydinə əsasən 45025 manat məbləğində pul Şəxs tutularaq X4 xeyrinə ödənilməlidir. Borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, könüllü şəkildə borcunu ödəməmiş və icra şöbəsinə gəlməmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və onun mülkiyyətində “Alfa Romeo” minik markalı ** BM *** dovlət qeydiyyat nişanlı avtomobilin olduğu aşkar edilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin təqdimatına əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 8(003)-241 saylı qərardadı ilə Bakı şəhəri 9 saylı notariat ofisinin 8 İ-5905 nömrəli 20 may 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs məxsus “Alfa Romeo” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin həmin avtomobilin duracaqda saxlanılası barədə keçirilmiş sorğulardan məlum olmuşdur ki, qeyd edilən nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı hər-hansı göstəriş yoxdur. Borclunun işləməsi və onun adına “İKİ ULDUZ” firmasının olması, eyni zamanda “İKİ ULDUZ” firmasının ******* manat dəyərində əmlaklarının hazırkı icra qeydi üzrə tələbkarın oğlu X10 xeyrinə yüklü edilməsi barədə isə məhkəmə zalında məlumatı olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri 9 saylı notariat ofisinin 8 İ-5905 nömrəli 20 may 2024-cü il tarixli icra qeydinə əsasən 45025 manat məbləğində borc pulun ondan alınaraq X4 xeyrinə ödənilməsinə dair icra qeydinin icrası ilə bağlı ona Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəng vurularaq şöbəyə dəvət olunmuşdur. O, icra məmuruna bir neçə aydır ki, ayağının sındığını və bunla əlaqədar əlil arabasında olduğunu və heç bir yerə gedə bilmədiyini bildirmişdir. Hazırda isə kənar şəxslərin köməkliyi ilə çətinliklə avtomaşına əyləşib gəlmişdir. Barəsində icra məmuru tərəfindən tərtib edilmiş protokolla qətiyyən razı deyil, özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, icra məmuru heç bir araşdırma aparmadan onun barəsində həmin protokolu tərtib etmişdir. Halbu ki, onun mülkiyyətində olan “Alfa Romeo” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqdan başqa, özü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktorudur və həmin müəssisədə əmək haqqı alır. Bundan başqa onun və X12 adına tam ortaqlı “İKİ ULDUZ” firması mövcuddur ki, həmin firmanın ******* manat dəyərində əmlakı X7 Yusif Vurğun oğlunun xeyrinə ipoteka ilə yüklü edilmişdir. İcra məmuru isə bütün qeyd olunan halları araşdırmadan onun İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Ələsgərovun üzrlü səbəbdən yəni, ayağının sındığına görə icra məmurunun çağırışlarına gələ bilmədiyini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, Hazırkı icra qeydinin icrasını təmin etmək üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti haqqında ətraflı araşdırma aparılsaydı müvafiq addımlar atmaqla icranın təmin edilməsinin mümkünlüyü müəyyən olunardı. Odur ki, hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsin tərkibi mövcud deyil. İşdə olan 20 may 2024-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli 3M/354 reyestr saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan X4 (AA3335949, xx.xx.2021 00:00-Asan 3; FİN. 0W5YWX: d/t:xx.xx.1962) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2018 –Asan 5; FİN xxxxxxx: d/t: xx.xx.1964) xx.xx.2024-cü il tarixədək vaxtında ödənilməmiş 45000 manat 00 qəpik (qırx beş min manat sıfır qəpik) pulun və 25 manat (iyirmi beş manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 45025 manat pulun tutulmasına dair icra qeydi aparılmışdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 23 may 2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun 8İ-5905 nömrəli 20 may 2024-cü il tarixli icra sənədinin icraatına başlamışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 8(003)-241 saylı qərardadından görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin 8 İ-5905 nömrəli 20 may 2024-cü il tarixli icra qeydinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs məxsus “Alfa Romeo” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qobustan rayon İcra və Porobasiya Şöbəsinin 23 sentyabr 2024-cü il tarixli 166050/2024-32-5 saylı borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, Şəxs mülkiyyətində olan “Alfa Romeo” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin barəsində axtarış elan edilmiş və saxlanılaraq Qobustan rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 14 oktyabr 2024-cü il tarixli 3-13-16/2-170546/24 saylı məktubundan görünür ki, Xəzər rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 8(003)-241 saylı qərardadında Şəxs məxsus “Alfa Romeo” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı hər-hansı göstəriş yoxdur. 27 sentyabr 2024-cü il tarixli 166050/2024-32-5 saylı borclunun axtarılması haqqında qərarından görünür ki, xx xxx 1964-cü il təvəllüdlü Qobustan rayonu Xilmilli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 27 sentyabr 2024-cü il tarixli 1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan X13 ilə ipoteka qoyan X17 və Şəxs tam ortaqlı “İKİ ULDUZ” firması arasında bağlanmış müqaviləyə əsasən firmanın ******* manat dəyərində əmlakı ipoteka ilə yüklü edilmişdir. 30 oktyabr 2024-cü il tarixli məlumatların elektron sorğulaması sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla 500 manat əmək haqqı alır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, protokolu tərtib etmiş şəxsin ifadəsini dinləyib, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, icra məmuru tərəfindən borclunun gəlirləri və əmlak vəziyyəti araşdırılmadan, borcun həmin gəlirlər və əmlak hesabına ödənilməsi istiqamətində qanunla müəyyən edilmiş zəruri addımlar atılmadan əsassız olaraq Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hətta icra məmuru borclunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olması və yuxarıda qeyd edilmiş ipoteka müqaviləsinin mövcudluğu haqqında yalnız məhkəmə iclasında məlumat aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 528.1ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-355/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-355/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver