Məhkəmə qərarları › İş №3(026)-36/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-36/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-36/2024 06.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, şikayətçi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 09 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 09 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X6 izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər idarəsinin 09 yanvar 2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən edilmişdir ki, guya o, 30 avqust 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək X3 əmək müqaviləsi bağlamadan işlədib əmək haqqı verməmişdir. Buna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1.-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə edilmişdir. İnzibati xəta hadisəsi baş verməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 09 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur. Buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 09 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X10 izahat verərək göstərdi ki, X7 ərizəsində 30 avqust 2023-cü il tarixdən 30 oktyabr 2023-cü ilə kimi X2 yanında işlədiyi, hər ay kassadan 130 manat əmək haqqı aldığını bildirmişdir. X1 Dinarə Fanisqızını aralarında əmək müqaviləsi bağlamadan işlədib əmək haqqı vermədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə edilmişdir. X6 barəsində tərtib olunmuş 09 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 09 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə etmişdir. Müəyyən olundu ki, X1 Dinarə Fanis qızını aralarında əmək müqaviləsi bağlanmadan ərizəsində 30 avqust 2023-cü il tarixdən 30 oktyabr 2023-cü ilə kimi yanında işlətmiş və buna görə X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən 09 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar çıxarılmış və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən X6 barəsində tərtib olunmuş 09 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130 və 134-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən X6 barəsində tərtib olunmuş 09 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın, qərardan verilən şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar