Məhkəmə qərarları › İş №3(026)-37/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-37/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-37/2021 12.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxx 1974-cü ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan X1 Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda X1 xx xxxxxx 2021-ci il tarixdə Qobustan şəhərinin H. Əliyev prospektində magistral yolu qanunsuz olaraq bağladığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahat verərək bildirdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə bir neçə kənd sakini ilə birlikdə heyvanlarının örüşə aparılması üçün yolun bağlandığını görüb heyvanlarını H. Əliyev prospekti ilə aparmışlar. Yolu bağlamalarına səbəb örüş yolunun tutulması olmuşdur. Həmin polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Müəyyən olundu ki, X2 “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaqda iştirak etmiş, digər kənd sakinləri ilə birlikdə avtomagistral yola xırda buynuzlu heyvanları toplamaqla magistral-avtomobil yolunu 15-20 dəqiqə bağlamışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, E.A. Bayramov Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 513.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar