Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-37/2022 21.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1967-ci Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 27 yanvar 2022-ci il tarixdə qardaşı X2 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Qədir Qəribov qardaşıdır və münasibətləri daima pis olmuşdur. 27 yanvar 2022-ci il tarixdə Qobustan şəhərində olan evlərində saat 18:00 radələrində qardaşı Qədir münaqişə yaratmış, ondan evdən çıxmasını tələb etmişdir. O da bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları onlar yaşayan ünvana gəlmiş, həmin vaxt Qədir heç bir hadisənin baş vermədiyini demiş, o da əsəbiləşərək Qədirin başından sillə vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, 27 yanvar 2022-ci il tarixdə Qobustan şəhərində olan evlərində saat 18:00 radələrində qardaşı Feyruz ondan 102 xidmətinə şikayət edərək onu narahat etdiyini bildirmiş, polis əməkdaşları yaşadığı ünvana gələndə Feyruz polis əməkdaşlarının yanında onun başından sillə ilə vurmuşdur. Hadisə onun səhvi üzündən baş vermişdir. Qardaşı Feyruzu əsəbləşdirmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 16 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 16 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, MTE və PAB-in verdiyi 08 fevral 2022-ci il tarixli 13 saylı rəyə əsasən X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-37/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-37/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver