Məhkəmə qərarları › İş №3(026)-370/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-370/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-370/2023 21.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Qobustan rayonu Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 21 dekabr 2023-cü il tarixli protokolda göstərilir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-2(004)-2415/2022-ci il tarixli 17 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 20100 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat məbləğində pulun alınıb iddiaçı X1 verilməsinə və Qobustan rayon məhkəməsinin e- 2(026)-255/2023 saylı 25 may 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 06 iyul 2021-ci il tarixli müqaviləyə əsasən “ASUS” kompüter üçün 2573.1 manat ödənilməmiş hissə, 257.9 manat cərimə, 17 iyun 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********39489 “XLAOMİ REDMİ 9” markalı telefon üçün 358.5 manat ödənilməmiş hissə, 35.5 manat cərimə, ümumilikdə 3225 manat borc, 52.25 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-2(004)-2415/2022-ci il tarixli 17 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 20100 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat məbləğində pulun alınıb iddiaçı X1 verilməsinə və Qobustan rayon məhkəməsinin e- 2(026)-255/2023 saylı 25 may 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X3 06 iyul 2021-ci il tarixli müqaviləyə əsasən “ASUS” kompüter üçün 2573.1 manat ödənilməmiş hissə, 257.9 manat cərimə, 17 iyun 2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********39489 “XLAOMİ REDMİ 9” markalı telefon üçün 358.5 manat ödənilməmiş hissə, 35.5 manat cərimə, ümumilikdə 3225 manat borc, 52.25 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair icra vərəqəsi üzrə Şəxs rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını bildirərək bu günə kimi heç bir ödəniş etməmiş, borcunu ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin e-2(004)- 2415/2022-ci il tarixli 17 may 2022-ci il tarixli icra sənədinə əsasən ondan 20100 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat məbləğində pulun alınıb iddiaçı X1 verilməsi və Qobustan rayon məhkəməsinin e-2(026)-255/2023 saylı 25 may 2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı “ASUS” kompüter və “XİAOMİ REDMİ 9” markalı telefon üçün ümumilikdə 3225 manat borc heç bir yerdə işləmədiyi üçün ödəyə bilmir. Bir azyaşlı uşağı var, imkanı olmadığı üçün ödəməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, F.B. Muradova Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-5793/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. Qobustan rayon məhkəməsinin 8(026)-68/2023 saylı 08 may 2023-cü il tarixli qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Nəhkəmə Şəxs bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cumaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin sədri: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar