Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-377/2022 24.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X7 və X1 iştirakı ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qızıldaş qəsəbəsi, Gülbaxt massivində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs 01 iyul 2022-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində X2 və X5 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qaradağ rayon Qızıldaş qəsəbəsində- qeydiyyatda olmaqla orada yaşayır. Qobustan rayonu Ərəbşalbaş kənd sakini X6 ilə 10 ildir ki ailəlidir. Həmin evlilikdən 3 övladı var. Əvvəllər aralarında heç problem olmayıb. Lakin bu ilin may ayının 17-də Elzadəyə 10 manat pul vermişdir. Lakin Elzadə həmin pulu ondan götürmədiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elzadəyə şillə ilə vurmuş, Elzadə də anasını və qardaşlarını çağırmış, onlar da gəlib Elzadəni özləri ilə aparmışlar. Elzadənin böyük qardaşına zəng vuraraq Elzadəni və uşaqlarını evinə aparmaq istədiyini bildirmişdir. Elzadənin qardaşı razılıq verdiyinə görə 01 iyul 2022-ci il tarixdə o Qobustan rayon Ərəbşalbaş kəndinə gələrək Elzadə və uşaqları evə aparmaq istəyən zaman Elzadə onunla razılaşmamış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elzadəni əli ilə vuraraq əlində olan “SAMSUNG S20” markalı mobil telefonu sındırmışdır. Elzadənin anası Dursun onların arasına girdiyinə görə onu itələmişdir, Dursun yerə yıxılmışdır. Hadisə Elzadənin ata evində baş vermişdir. Hadisə vaxtı Elzadə, anası və qardaşları orda olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxslə 9 ildir ki, ailəlidir, həmin evlilikdən 3 övladı var. Həyat yoldaşı ilə aralarında münasibətlər son zamanlar pozulmuşdur. Sakit mütəmadi olaraq spirtli içki qəbul edir və onunla mübahisə yaradır. 17 may 2022-ci ıl tarixdə qardaşı Damət onun övladları ilə mobil telefonda danışarkən uşaqlar Damətə “atam anamı döydü"- dediyi üçün Damətdə onlara gəlib onu və uşaqlarını Ərəbşalbaş kəndində yaşadığı evə gətirmişdir. 01 iyul 2022-cı il tarixdə saat 11 radələrində o, Ərəbşalbaş kəndində evində olarkən, anası Dursun da evdə olmuş, qapıdan səs gəldiyini eşidib anası çölə çıxmışdır. Həmin zaman Sakitin gəldiyini görmüşdür. Sakit evə girmiş, anası Dursun isə ona çay gətirmişdir. Anası ona məsləhətlər vermiş, sonra anası çölə çıxmışdır. Sakit onunla mübahisə etməyə başlamış, uşaqları aparmaq istəmişdir. O da Sakitə böyüklər gəlsin razılaşaq demişdir. Sakitə mobil telefonda olan şəkilləri göstərərək Sakitin valideynlərinin onun cehiz əşyalarını çölə atdığını demişdir. Sakit bundan əsəbiləşib onun əlində olan telefonu alıb yerə çırpmış, ayağı ilə telefonu təpikləyərək sındırmış və yararsız hala salmışdır. Sonra isə onu da yerə yıxıb yerdə təpikləmişdir. Anası Dursun onların səsinə gələrək onları ayırmaq istədikdə Sakit anasını da itələyib yerə yıxmışdır. Anası yerdən qalxıb güclə Sakiti çölə çıxarmışdır. Onun barəsində tədbir görülməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, Qobustan rayon Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun qızı Elzadənin əridir. Sakitlə Elzadənin 3 övladları var. Sakit mütəmadi olaraq spirtli içki qəbul edib Elzadəni döydüyünə görə oğlu Damət Elzadəni və uşaqlarını onun evinə gətirmişdir. 01 iyul 2022-ci ıl tarixdə saat 11 radələrində o Ərəbşalbaş kəndindəki evində olan zaman həyətdən səs gəldiyini eşidib həyətə çıxmış və Sakitin gəldiyini görüb onu evə dəvət edərək ona çay gətirmiş və Sakitə ailə ilə bağlı məsləhət verərək həyətə çıxmışdır. Bir azdan Sakit Elzadəyə uşaqları aparmaq istədiyini bildirdiyinə görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Sakit Elzadənin əlində olan telefonu alıb yerə çırpmış, Elzadəni isə yerə yıxıb təpikləmişdir. O səs eşidib evə gələrək onları ayırmaq istədikdə isə Sakit onu da itələyib yerə yıxmışdır. O yerdən qalxıb güclə Sakiti çölə çıxartmışdır. Onun cəzalandırılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 31 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nin 31 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Qobustan rayon MTE və PAB birliyinin verdiyi rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ said nahiyəsinin sıyrığı, sağ said nahiyələrinin qançırı bərk-küt əşya təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Qobustan rayon polis şöbəsinin TQ-nin 31 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Qobustan rayon MTE və PAB birliyinin verdiyi rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ said nahiyəsinin sıyrığı, sol bazu və sol bud nahiyələrinin qançırı bərk-küt əşya təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. “X10” rəsmi dilerinin məkubundan görünür ki, “Samsung S20” markalı 2018-ci il istehsallı mobil telefonun bugünkü bazar qiyməti 450 (dörd yüz əlli) manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci və 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib “Samsung S20” markalı 2018-ci il istehsallı mobil telefonu yararsız hala saldığına görə “Samsung S20” markalı 2018-ci il istehsallı mobil telefonun bugünkü bazar qiyməti olan 450 manat ziyanın bir misli miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-377/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-377/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver