Məhkəmə qərarları › İş №3(026)-378/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-378/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-378/2022 24.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan Mərkəzi Rayon Xəstəxanasının publik hüquqi şəxsin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti İsmayıllı regional ərazi şöbəsindən Qobustan Mərkəzi Rayon Xəstəxanasının publik hüquqi şəxsin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 19 avqust 2022-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti İsmayıllı regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 19 avqust 2022-ci il tarixli MN ******* saylı protokolda protokolun nömrəsinin düzgün yazılmamış, protokolun əsli işə əlavə edilməmişdir. Ona görə də materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti İsmayıllı regional ərazi şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı 19 avqust 2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti İsmayıllı regional ərazi şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 266, 267 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti İsmayıllı regional ərazi şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı 19 avqust 2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar