Məhkəmə qərarları › İş №3(026)-379/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-379/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-379/2022 25.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin əməkdaşı X1 iştirakı ilə, xx xxxxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, L. Bədəlbəyli küçəsi ev 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda Şəxs 09 avqust 2022-ci il tarixdə saat 15:11-də idarə etdiyi “X4 minik” markalı ** PP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində müvafiq icazə olmadan 1 ədəd xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz edilməsi halına (hallarına) yol verildiyi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin əməkdaşı X2 izahat verərək göstərdi ki, 09 avqust 2022-ci il tarixdə polis postunda Şəxs idarə etdiyi “X4 minik” markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb yoxlayarkən müvafiq icazə olmadan 1 ədəd xüsusi (çoxavazlı) səs siqnalı aşkar edilib götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verildi. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin əməkdaşının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, R.H. Musayev Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 1 ədəd xüsusi (çoxavazlı) səs siqnalı bloku ilə birlikdə müsadirə edilməklə 600 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar