Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-380/2022 24.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1974-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş 22 avqust 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs məxsus bir baş iri buynuzlu heyvan Qobustan rayonunun Çuxanlı kəndində X1 idarə etdiyi VAZ 2106 markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 338.5.2 və 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayır. Şəxsi təsərrüfatında iri buynuzlu heyvanları vardır. 20 avqust 2022-ci il tarixdə təxminən saat 13:15 radələrində bir baş iri buynuzlu heyvanı həyətdən çıxaraq yolu keçərkən X1 idarə etdiyi VAZ 2106 markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Nəticədə “VAZ 2106” markalı avtomaşına ziyan dəymişdir. Məsuliyyətini dərk edir və bir daha heyvanlarını sahibsiz buraxmayacaq. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında göstərdi ki, 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi VAZ 2106 markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Təklə-Sündü yolunun Çuxanlı hissəsindən keçən zaman 10-15 baş iri buynuzlu heyvanların yolu keçdiyini görüb avtomaşını saxlamışdır. Lakin arxada olan heyvanları görmədiyindən yoluna davam etmişdir. Arxadan gələn heyvanlardan biri onun idarə etdiyi avtomaşına dəyərək avtomaşının sağ ön qanad hissəsini, sağ qapısının şüşəsini və güzgüsünü sındırmışdır. Nəticədə ona məxsus avtomaşına ziyan dəymişdir. Bu barədə Qobustan rayon polis şöbəsinə xəbər vermişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.5.2 və 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Yol hərəkət qaydaları yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında TP ******* saylı elektron qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 332.2 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-380/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-380/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver