Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-398/2024 17.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMin) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə 26 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, hazırkı inzibati xəta haqqında işə ehtimal olunan inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə baxılmalıdır. İş materiallarında isə inzibati xətanın Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 694 ünvanında törədildiyi göstərilmişdir. Nümayəndəsi olduğu hüquqi şəxsin hüquqi ünvanı ünvan 2rləşir. Həmçinin, hazırda məhkəməyə İXM-in 110.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə Qobustan Rayon Məhkəməsində baxılmasına dair vəsatətlə müraciət etməmişlər. İşə hərtərəfli baxılması üçün ifadələrinə istinad edilməsi zəruri olan şahidlərin də hamısı Bakı şəhərində yaşayır. Ona görə də xahiş edir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, 26 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokolda törədildiyi iddia olunan inzibati xətanın Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 694 ünvanında baş verdiyi göstərilmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 112.4-cü maddəsinə əsasən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İşdən də göründüyü kimi, qeyd olunan inzibati xətanın Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 694 ünvanında törədilməsi göstərildiyindən, inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 43, 109, 110, 112 və 118-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: Şəxs İXM-in 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-398/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-398/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver