Məhkəmə qərarları › İş №3(026)-4/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-4/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-4/2022 06.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 noyabr 2021-ci il tarixdə idarə etdiyi “VAZ-21063” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan rayonunun Heydər Əliyev prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 yüngül zərər dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 13 noyabr 2021-ci il tarixdə həyat yoldaşı X3 ilə birlikdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan şəhərinin H. Əliyev prospektində 60-70 km sürətlə hərəkətdə olarkən H. Əliyev prospekti ilə Koroğlu küçəsinin birləşdiyi yerdən “OPEL ASTRA” markalı avtomobil dayanmadan yola çıxmışdır. Həmin avtomobil onun hərəkət zolağında olduğu üçün o, idarə etdiyi avtomobili qarşı zolağa keçirmək istəmişdir. Həmin zaman “OPEL ASTRA” markalı avtomobilin sürücüsü də eyni hərəkət zolağına çıxmaq istəyərkən onun idarə etdiyi avtomobil digər avtomobilin sol qanad hissəsinə dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verərkən avtomobili təxminən 60-70 km sürətlə idarə etmişdir. Əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qobustan şöbəsinin verdiyi 214 nömrəli rəyində X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- üst dodağının selikli qişası nahiyəsinin əzilmişcırılmış yarası, sağ əlin tış səthinin sıyrığı bərk-tük əşya təsirindən 13 noyabr 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində törənmişdir. Təyin olunmuş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, M.R. Məmmədov Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar