Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-4/2023 06.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu xx xxxx 1985-ci ildə Şamaxı rayonunun Çaylı kəndində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu 51-də qeydiyyatda olan Şəxs Əzizbala oğlu barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə İXP ******* saylı protokola baxıb MÜƏYYƏN ETDİM: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Əzizbala oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə 14 oktyabr 2022-ci saylı İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, protokol və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş portaldan çıxarışdan görünür ki, AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarında Şəxs Əzizbala oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi ev 1, mənzil 51-də yaşadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bundan əlavə işə əlavə edilmiş 02 iyul 2022-ci il tarixli EQ 10452369 saylı qərardan görünür ki, inzibati xəta Şamaxı rayonu avtovağzal dairəsi ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs Əzizbala oğlu barəsində olan inzibati xəta haqqında işə baxılarkən onu tamamlamaq mümkün olmadığına görə 14 oktyabr 2022-ci saylı İXP ******* saylı protokol Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: İnzibati xəta haqqında 14 oktyabr 2022-ci saylı İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qaytarılsın. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-4/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-4/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver