Məhkəmə qərarları › İş №3(026)-40/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-40/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-40/2022 23.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında ******* saylı protokolda Şəxs 08 yanvar 2022-ci il tarixdə 711 saylı YPX postunda polis əməkdaşına qarşı tabesizlik göstərərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 08 yanvar 200-ci il tarixdə polis əməkdaşı onun idarə etdiyi ** XE *** nömrə nişanlı avtomobilə saxla işarəsi vermiş, o da 748 manat cərimə borcu olduğu üçün polis əməkdaşı ona avtomaşının duracağa aparılacağını bildirmişdir. Avtomaşının arxa yaylarının düzəldilməsi üçün polis əməkdaşından müvəqqəti icazə istəməsinə baxmayaraq polis əməkdaşı ona icazə verməmişdir. O, polis əməkdaşına tabesizlik göstərməmiş, saxla əmrinə tabe olaraq avtomobili saxlamış, lakin avtomobilin yaylarını düzəltməli olduğu üçün postu tərk etmişdir. Məhkəmə iclasında X2 oğlu izahatında göstərdi ki, Qobustan rayon polis şöbəsində YPX-in müfəttişi işləyir, 08 yanvar 200-ci il tarixdə 711 saylı YPX postunda xidmət aparan zaman “NİSSAN” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və həmin zaman sürücünün idarə etdiyi avtomobilin duracağa yerləşdirilməsi tələbi olduğu məlum olmuşdur. Bu səbəbdən də avtomobilin duracağa aparılmalı olduğunu sürücü Şəxs bildirmişdir. Lakin Şəxs avtomobilinə əyləşərək postu tərk etmiş və onun qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar