Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-403/2022 05.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X4 Əvəz oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 334.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 avqust 2022-ci il tarixdə saat 10:00-da idarə etdiyi VAZ-2101 markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən saxlanılmış və onun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs VAZ-2101 markalı ** HU *** dövlət qeydiyyat nişanla avtomaşınla bir neçə gün əvvəl başqa bir avtomaşınla toqquşmuş və öz aralarında razılığa gəldiklərinə görə polis şöbəsinə məlumat verməmişlər. 29 avqust 2022-ci il tarixdə Şəxs VAZ-2101 markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən tərəfindən saxlanılmış, Şəxs həkim müayinəsindən keçirilmişdir. Müayinə zamanı onda sərxoşluq müəyyən olunmasa da, onun sidikdən götürülmüş analizdə narkotik (marixuana) aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 29 avqust 2022-ci il tarixdə saat 10:00-da VAZ-2101 markalı ** HU *** dövlət qeydiyyat nişanla Qobustan rayonunun “Son” adlanan ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və həkim müayinəsindən keçərkən onun sərxoş olduğu müəyyən olunmuşdur. Narkotik vasitələrdən istifadə etmir. Lakin 28 avqust 2022-ci il tarixdə axşam saatlarında evdə çörək yeyərkən spirtli içki qəbul etmişdir, əməlindən peşmandır. Himayəsində 6 yetkinlik yaşına çatmamış uşağının olmasını nəzərə alaraq həbslə əlaqədar olamayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.1-ci və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddələrlə inzibati tənbeh edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavənin 29 avqust 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 12 saylı aktından görünür ki, 29 avqust 2022-ci il tarixdə saat 10:33-də Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış və R. Əliyevdə alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 29 avqust 2022-ci il tarixdə verdiyi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 29 avqust 2022-ci il tarixdə Şəxs sidiyində narkotik vasitə TNC (marixuana) aşkar edilmişdir. İşdə olan 21 mart 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs VAZ-2101markalı ** HU *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qobustan rayon məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-inin 329.3, 329.1, 332.1 və 334.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində əvvəllər onun Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə tənbeh edilməsinə dair qanuni qüvvəyə minmiş qərar olmadığından, o, Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsi ilə deyil 334.1-ci maddəsi ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlindən peşman olmasını, himayəsində altı azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə yanaşı, həmçinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, X1 həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon X6 Polisi Bölməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon X6 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(026)-403/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-403/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver