Məhkəmə qərarları › İş №3(026)-408/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-408/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-408/2022 05.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X5 Əvəz oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1983 ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 31 avqust 2022-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, 31 avqust 2022ci il tarixdə Şəxs idarə etdiyi VAZ 21214 markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtı Şəxs verilmiş etibarnamənin müddətinin bitdiyi və onun ödənilməmiş cəriməsinin olduğu da müəyyən olunmuşdur. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomobilini sürüb getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 31 avqust 2022-ci il tarixdə ailəsi ilə birlikdə idarə etdiyi FP 046 dövlət qeydiyyat nişanlı avtomaşınla rayonunun Ərəbşalbaş kəndindən yas yerindən yaşadığı Cəngi kəndinə gələrkən yolda polis əməkdaşları tərəfindən saxla işarəsi verildiyinə görə avtomaşını saxlamışdır. Polis əməkdaşları ondan sənədləri təqdim etməsini tələb etdikdə sənədlərinin evdə olmasını bildirmişdir. Polis əməkdaşları ona avtomaşının cəriməsi olduğunu dedikdən sonra isə polis əməkdaşlarına qulaq asmayaraq avtomaşını torpaq yolla sürərək yoluna davam etmişdir. Polis əməkdaşları onun arxasınca gəlsələr də avtomaşını saxlamamışdır. Etibarnaməsinin müddətinin bitdiyini həmin vaxt polislərdən öyrənmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 izahat verərək göstərdi ki, 31 avqust 2022-ci il tarixdə saat 18:20-də Qobustan rayonu Nabur-Xilmilli yolunun 3-cü km-də xidmətdə olarkən VAZ 21214 markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona saxla işarəsi vermişdir. Sürücü avtomaşını saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim edib ona etdiyi qayda pozuntusunu izah etmiş və sürücüyə özünə və avtomaşına aid olan sənədləri ona təqdim etməsini bildirmişdir. Sürücü Şəxs ona sənədlərinin üstündə olmadığını deyərək kompüterdə yoxlamasını istəmişdir. Kompüter vasitəsilə yoxlanılarkən isə sürücü Şəxs verilmiş etibarnamənin müddətinin bitdiyi və idarə etdiyi avtomaşının üzərində cərimə olduğu müəyyən edilmişdir. O, Şəxs Əbdülhüseyin oğluna avtomaşını polis şöbəsinin mühafizə olunan duracağıba aparılmasını bildirdikdə sürücü avtomaşına əyləşib yüksək sürətlə idarə edərək oradan uzaqlaşmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və polis şöbəsinin əməkdaşlarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar