Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-409/2022 14.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X13 Əvəz oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsi X7 və protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti İsmayıllı regional ərazi şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X17in Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti İsmayıllı regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti İsmayıllı regional ərazi şöbəsindən Qobustan rayon X5 Hüquqi Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 19 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Protokolda göstərilmişir ki, Qobustan rayon X5 Hüquqi Şəxs Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzartini həyata keçirən orqanın Əmək Məcəlləsi ilə Əmək Qanunvericiliyinə dait digər normativ aktların sənədlərinə əməl olunmasına dair qəbul edilmiş göstərişi icra etməmişdir. Nəticədə “Qobustan rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsi X3 izahatı verərək göstərdi ki, Qobustan rayon X5 Hüquqi Şəxsin orta və kiçik tibb işçiləri X8, X2 və digərləri 2020-ci ilin mart ayından 31 dekabr 2021-ci il tarixədək olan dövr üzrə əmək haqlarının müddətli əlavələrin az hesablanması barədə X10 xidmətinə ərizə ilə müraciət etmişlər. X15 regional şöbəsinə göndərilmiş, iş vaxtının uçot tabeli və müddətli əlavələrin hesablanması ilə əlaqədar aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına əsasən əmək haqqının beş misli həcmində verilməli olan əlavələr verilməməklə “COVİD-19” infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Qobustan rayon X5 Hüquqi Şəxsin ərizə yazmış orta və kiçik tibb işçilərinin əmək haqlarına müddətli əlavələr az hesablanmışdır. Dağlıq Şirvan regional şöbəsi tərəfindən Qobustan rayon X5 Hüquqi Şəxsə ərizə yazmış işçilərin əmək haqlarına müddətli əlavələrin yenidən hesablanıb ödənilməsini 30 gün ərzində təmin edərək Dağlı Şirvan regional şöbəsinə məlumat verilməsi barədə göstəriş verilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası İXM-inin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Lakin Qobustan rayon X5 Hüquqi Şəxs 12 avqust 2022-ci il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, 2020-2021-ci illərdə az ödənimiş müddətli əlavələrin ödənilməsi mümkün deyildir. Qobustan rayon X5 Hüquqi Şəxsin modul tipli xəstəxanası olan İsmayıllı və Qəbələ rayonlarında müddətli əlavələr tam ödənilmişdir. Yəni, Qobustan rayon X5 Hüquqi Şəxsin məktubunda göstərilən əlavə vəsait ayrılmaması barədə yazılanlar həqiqəti əks etdirmir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin işçilərə əlavə vəsaitin ödənilməsindən qəti imtina etdiyini nəzərə alaraq məhkəmədən hüquqi şəxsin inzibti məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsi X12 izahatında göstərdi ki, xəstəxana dövlət büdcəsindən maliyyələşdirilən təşkilatdır. 2020-2021-ci illərdə ayrılan vəsait az olduğundan “COVİD-19” infeksiyası ilə mübarizə təbbirlərində iştirak edən bəzi işçilərə müddətli əlavələr az verilmişdir. Bunla əlaqədar Təbib X17ə rəsmi müraciət edilmiş, gələn iş vəsait ayrılarsa həmin işilərə müddətli əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Qobustan rayon X5 Hüquqi Şəxsin inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti İsmayıllı regional ərazi şöbəsinin Qobustan rayon X5 Hüquqi Şəxsin drektoruna ünvanlandığı 15 iyul 2022-ci il tarixli **********4 saylı məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına əsasən əmək haqqının beş misli həcmində verilməli olan əlavələr verilməməklə “COVİD-19” infeksiyası ilə mübarizə təbbirlərində iştirak edən Qobustan rayon X5 Hüquqi Şəxsin ərizə yazmış orta və kiçik tibb işçilərinin əmək haqlarına müddətli əlavələr az hesablanmışdır. Dağlıq Şirvan regional şöbəsi tərəfindən Qobustan rayon X5 Hüquqi Şəxsə ərizə yazmış işçilərin əmək haqlarına müddətli əlavələrin yenidən hesablanıb ödənilməsini 30 gün ərzində təmin edərək Dağlı Şirvan regional şöbəsinə məlumat verilməsi, əks təqdirdə Azərbaycan Respublikası İXMinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X17 Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti İsmayıllı regional ərazi şöbəsinə ünvanlandığı 12 avqust 2022-ci il tarixli PHŞ/6.53-2-2022-88 saylı məktubunda Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Dağlıq Şirvan regional bölməsindən daxil olan 15 iyul 2022 tarixli **********4 nömrəli məktubunda qeyd olunmuş bir qrup xəstəxana əməkdaşlarının 2020-2021 illərin koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar müddətli əlavələrinin düzgün ödənilməməsi barəsində müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin dövrün müvafiq aylarında işlədiyi günlərə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixili 112 nömrəli Qərarına əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzilə (tarif) maaşının 5 misli məbləğində iş vaxtına mütənasib hesablanaraq ödənilmişdir. Cari iidə 2020-2021-ci illərin ödənişi ilə əlaqədar əlavə vəsait ayrılmadığı üçün qeyd etdilən müvafiq dövrün az ödənilmiş müddətli əlavələrin ödənilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsinin və protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsnin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Qobustan rayon X5 Hüquqi Şəxs Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1,539.2, və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən Qobustan rayon X5 Hüquqi Şəxsə ərizə yazmış işçilərin əmək haqlarına müddətli əlavələrin yenidən hesablanıb ödənilməsini 30 gün ərzində təmin edərək Dağlı Şirvan regional şöbəsinə məlumat verilməsi barədə15 iyul 2022-ci il tarixdə məktub göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Qobustan rayon X5 Hüquqi Şəxsi Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Qobustan rayon X5 Hüquqi Şəxsi barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Qobustan rayon X5 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib iki min manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(026)-409/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-409/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver