Məhkəmə qərarları › İş №3(026)-41/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-41/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-41/2022 28.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1985-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 26 fevral 2022-ci il tarixdə polisin qanuni tələblərinə məhəl qoymayaraq ünvansız söyüşlər söyüb tabesizlik göstərərək ictimai qaydanı pozduğu göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. 26 fevral 2022-ci il tarixdə saat 10:00-da iki nəfər polis əməkdaşı onu və Qobustan şəhər sakini X3 Qobustan rayon polis şöbəsinə dəvət etmişlər. Lakin həmin zaman o əsəbi olduğu üçün ünvansız söyüşlər söyərək polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu və Səxavət Hüseynovu nizam-intizama dəvət etsələr də onlar polisin qanuni tələbinə tabe olmamışlar. Polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 izahatında göstərdi ki, 26 fevral 2022-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşı X8 ilə birlikdə Qobustan şəhərində xidmətdə olan zaman Qobustan şəhər sakinləri Şəxs və X2 Qobustan şəhərinin “SON” adlanan ərazisində şüşə sexinin qarşısında ünvansız söyüşlər söydüyünü eşidib onlara yaxınlaşmış və onları nizam-intizama dəvət etmişlər. Lakin Şəxs və Səxavət Hüseynov onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək söyüş söyməyə davam etmişlər. Barələrində tədbir görülməsi üçün onları Qobustan rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 Ceyhun Əhmədağa oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar