Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-41/2025 19.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs balansında olan “Jac XZL5163ZYS3” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, nəticədə İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Qobustan RPŞ-nin DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X4 tərəfindən Şəxs barəsində 28 yanvar 2025-ci il tarixdə İXP6853989 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X4 bildirdi ki, “Jac XZL5163ZYS3” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qobustan rayonu ərazisində hərəkətdə olan zaman radar vasitəsilə həmin nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edildiyi və sözügedən nəqliyyat vasitəsinin Şəxs balansında olduğu müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən orqana hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barədə məlumat verilməsinə dair sorğu ünvanlansa da, orqan tərəfindən sorğunun alınmasından sonra 5 gün müddətində ona cavab verilməmiş, bununla da İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də onun tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsində göstərilən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 qeyd etdi ki, həqiqətən də Qobustan RPŞ DYP bölməsindən daxil olmuş sorğuya qanunla müəyyən edilmiş qaydada cavab verilməmişdir. Belə ki, bu məsələlərə Qobustan RİH-nin ümumi şöbəsində baxılaraq cavab verilir. Lakin həmin şöbənin əməkdaşları tərəfindən daxil olduğu 5 gün müddətində müvafiq sorğu cavablandırılmamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, “Jac XZL5163ZYS3” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Qobustan rayon Kommunal Müəssisələri Kombinatının balansına verilməsi barədə Qobustan RİH-də təsdiqedici sənəd aşkar olunmamışdır. Lakin faktiki olaraq həmin nəqliyyat vasitəsi Qobustan rayon Kommunal Müəssisələri Kombinatının istifadəsindədir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 123.1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. İXM-in 123.2-ci maddəsinə əsasən, hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in 123.3-cü maddəsinə əsasən, bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İşdəki Qobustan RPŞ-nin Şəxsnə ünvanlanmış sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs mülkiyyətində (istifadəsində) olan “Jac XZL5163ZYS3” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) törətdiyinə görə, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir. İşdən görünür ki, sözügedən sorğu 06 yanvar 2025-ci il tarixində göndərilmiş, 09 yanvar 2025-ci il tarixində Qobustan RİH-ə çatdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Qobustan RPŞ tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Qobustan RİH-ə balansında olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Qobustan RİH tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da Qobustan RİH İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qobustan RİH-nin nümayəndəsi “Jac XZL5163ZYS3” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Qobustan rayon Kommunal Müəssisələri Kombinatının balansına verilməsi barədə Qobustan RİH-də təsdiqedici sənədin aşkar olunmadığını, lakin faktiki olaraq həmin nəqliyyat vasitəsinin Qobustan rayon Kommunal Müəssisələri Kombinatının istifadəsində olduğunu bildirmişdir. Lakin işdə surəti olan AB 699618 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də görünür ki, **-JA-*** dövlət qeydiyyat nişanlı, “Jac XZL5163ZYS3” markalı nəqliyyat vasitəsinin sahibi kimi Qobustan RİH qeydə alınmışdır. Bundan başqa, “Jac XZL5163ZYS3” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Qobustan RİH-nin Başçısı tərəfindən təsdiq olunmuş Qobustan rayon Kommunal Müəssisələri Kombinatının balansında olan nəqliyyat vasitələrinin siyahısında qeyd olunmamışdır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırda Qobustan RİH-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-41/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-41/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver