Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-42/2023 17.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseynbaba oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1951-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs 02 dekabr 2022-ci il tarixdə Qobustan rayonunun Poladlı kəndində evlərində X2 itələyərək ona fiziki ağrı yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Mirvari onun qohumudur, Mirvarini 2 il 6 aydır ki, öz evində saxlayır və ona qulluq edir. Mirvarini döyməmişdir və onun necə xəsarət aldığını da bilmir. Zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs Hüseynbaba oğlu onun mənəvi əmisidir. Əbillə birlikdə eyni evdə yaşayış və ona Əbil qulluq edir. Arabir aralarında mübahisələr olur. 02 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qobustan rayonunun Poladlı kəndində Əbilin evində olarkən aralarında şəxsi münasibətlər səbəbindən mübahisə baş vermiş və mübahisə zamanı Əbil onun sağ qolundan tutaraq itələmişdir. Nəticədə o, yerə yıxılaraq xəsarət almışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 01 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayon Poladlı kənd sakini X1 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 01 yanvar 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 23 dekabr 2022-ci il tarixli 205-nömrəli rəyindən görünür ki, X3 02 dekabr 2022-ci il tarixdə Qobustan RMX-nıən təcili və təxirəsalınmaz şöbəsinin təcili yardım böləsinə müraciət etmişdir. Xəstəyə “Dəqiqləşdirməmiş travma” diaqnozu qoyularaq evə buraxılmışdır. Onun adına tərtib edilmiş tibbi sənəddə göstərilən “Dəqiqləşdirməmiş travma” diaqnozu obyektiv kliniki əlamətlərilə təsdiqini tapmadığından sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində nəzərə alınmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Hüseyinbala oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-42/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-42/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver