Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-42/2024 29.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Şamaxı rayonu Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Cəməmli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 fevral 2024-cü il tarixdə saat 15:30-da sərxoş vəziyyətdə məktəbə gələrək məktəbdə laborant işləyən X1 və ocaqçı işləyən X2 təhqir etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 22 fevral 2024-cü il tarixdə saat 15:00-da övladını götürmək üçün məktəbə getmiş və məktəbin həyətində olan ocaqxanaya girərək ocaqçı işləyən Qədimlə görüşüb söhbət etmişdir. Söhbət zamanı zarafatla Qədimi söymüşdür. Əməlindən peşmandır. X3 ifadə verərək göstərdi ki, Qobustan rayonu Cəmcəmli kənd məktəbində ocaqçı işləyir. 22 fevral 2024-cü il tarixdə saat 15 radələrində işdə olan zaman həmkəndlisi Qədim Qocaliyev ona yaxınlaşaraq salamlaşmış və sonra onu yüksək səslə nalayiq ifadələrlə söymüşdür. Qədimə cavab verməyərək oradan uzaqlaşmışdır. Həmin vaxtı Qədim içkili olmuşdur. X4 ifadə verərək göstərdi ki, Qobustan rayonu Cəmcəmli kənd məktəbində laborant işləyir. 22 fevral 2024-cü il tarixdə saat 15 radələrində işdə olan zaman həmkəndlisi Qədim Qocaliyev məktəbə gələrək onun ölmüş atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Otağa girən təsərrüfat müdiri X5 içkili olduğunu görüb onu məktəbdən kənarlaşdırmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon Cəmcəmli kənd R. Babaşov adına tam orta məktəbin direktor əvəzi Svetlana Tapdıqova, təsərrüfat müdiri Savalan Nurməmmədov, laborant Heydər Baxşəliyev və xadimə Asimən Ələkbərovanın 22 fevral 2024-cü il tarixdə tərtib etdikləri aktdan görünür ki, məktəbin fəhləsi Şəxs 22 fevral 2024cü il tarixdə məktəbin laborantı Heydər Baxşəliyevi və ocaqçı Qədim Qocalıyevi təhqir etmiş və edilən xəbərdarlıqdan nəticə çıxarmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, şəhid qardaşı olmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-42/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-42/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver