Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-429/2022 29.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, 01 sentyabr 2022-ci il tarixdə iki nəfər yaxın dostu ilə avtomaşınla Xızı rayonunun Ağdərə kəndi ərazisində yerləşən bulağa gedərkən fikirləri həmin bulağın yanında özləri üçün məclis təşkil etmək olmuşdur. Bu məqsədlə özləri ilə ət və digər ərzaq məhsulları da götürmüşlər. Ağdərə kəndi yanında, kəndin ərazisində özlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı kimi təqdim edən 7 nəfər şəxs onların avtomaşınını saxladaraq avtomaşında olan ov tüfəngini götürmüşlər. Halbuki onun ov etmək məqsədi olmamış, heç bir ov da etməmişdir. O, avtomaşında olan azuqəni özlərini Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı kimi təqdim edən şəxslərə göstərib çörək yeməyə getdiklərini bildirərək onlara da çörək yeməyi təklif etmişdir. Həmin şəxslər isə “sən ov etməyə gəlmisən, ona görə də 1000 manat cərimə olunacaqsan” deyib protokol yazaraq tüfəngi də özləri ilə Sumqayıt şəhərinə apardılar. Həmin tüfəngin icazə sənədləri qaydasında olduğundan sonradan tüfəngi ona qaytarmışlar. Lakin idarənin rəisi vəzifəsini icra edən şəxs tərəfindən 12 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 1000 (min) manat məbləğində cərimə etmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X7, X9 və barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş X3 02 sentyabr 2022-ci il tarixdə saat 11:52-də tərtib etdikləri aktın surətindən görünür ki, idarənin 23 avqust 2022-ci ii tarixli 72 saylı sərəncamına əsasən xidməti ərazidə 01 sentyabr 2022-cİ il tarixdə brokonyerliyə və qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə keçirilən reyd zamanı saxlanılan qanunsuz ov edən X2 inzibati xətanın törədilməsində maddi sübut kimi götürülmüş 12 kalıbrli “Ata-arms” markalı, 15/D14858 nomrəli, 1 ədəd(çaxmaqsız, zatvorsuz) ov silahı, 25 ədəd 12 mömrəli fabrik istehsalı olan plastik dolu patronlar, 1 ədəd patrondaş, l ədəd ov bıçağı və Azərbaycan Respublikası Daxılı işlər Naziriliyi Baş ictimai Təhlükəsizlik idarəsi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli 102 nomrəli Şəhadətnamə (əsli) X4 (AA 0421989) təhvil verilmişdir. Müəyyən olundu ki, X6 01 sentyabr 2022-ci il tarixdə dostları ilə birlikdə avtomaşınla Xızı rayonunun Ağdərə kəndi ərazisində yerləşən bulağa gedərkən özləri ilə ət və digər ərzaq məhsulları götürmüşlər. Ağdərə kəndi yaxınlığında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq avtomaşında olan ov tüfəngi götürülərək Sumqayıt şəhərinə aparılmış və tüfəngin sənədləri qaydasında olduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 02 sentyabr 2022-ci il tarixdə saat 11:52-də tərtib etdikləri akta əsasən həmin tüfəng və avtomaşından götürülmüş 25 ədəd 12 mömrəli fabrik istehsalı olan plastik dolu patronlar, 1 ədəd patrondaş, l ədəd ov bıçağı sahibi X4 qaytarılmışdır. İnzibati xətanın törədilməsinə səbəb olmuş əsaslı və tutarlı sübutlar iş üzrə materiallara əlavə olunmadığına görə, X3 inzibati törətməsi təsdiqini tapmır. Belə ki, iş üzrə hansı ov qaydalarının pozulması, eləcə də Ş.Ə. Bayramovun təqsirliliyini sübut edən dəlillər göstərilmir. Ov tüfənginin maşında olması və yaxud kəndin yaxınlığında olmaqla harasa getmək ov qaydalarının pozulması deyildir. Bundan əlavə, X8 rayon polis şöbəsi tərəfindən ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi barədə şəhadətnamə və ona Müdafiə Nazirliyinin Hərbi ovçular birliyinin bileti verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən X6 barəsində 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində göstərilən hansı tələblərin pozulması konkret olaraq öz əksini tapmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsinin 04 fevral 2021-ci2014-cü il tarixdə verdiyi şəhadətnamədən görünür ki, Qobustan şəhərində qeydiyyatda olan X4 12 kalbrli “Alu-02 m 9” 15/D 14858 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 102 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi ovçular birliyi tərəfindən Qobustan rayonu Mərəzə qəsəbəsi, Cəngi kənd sakini, 1974-cü il təvəllüdlü X4 21 may 20005-ci il tarixdə 55563 nömrəli bilet verilmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması qaydaları”nın 1.2-ci bəndinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir. Şərh olunanlara və qeyd olunan inzibati normalara əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin olunmalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114, 128-130, 134 və 135-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı X3 əməlində inzibati xəta tərkibi olmadığı üçün ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-429/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-429/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver