Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-43/2024 29.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, 30 mart 1997-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan X5 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda X3 26 fevral 2024-cü il tarixdə Qobustan şəhərində küçədə ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdi ki, 26 fevral 2024-cü il tarixdə Qobustan şəhərində küçədə nalayiq söyüşlər söymüş, həmin zaman ona yaxınlaşan polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, da həmin polis əməkdaşları ilə Qobustan rayon polis şöbəsinə getmişdir. Əməlindən peşmandır. X1 ifadə verərək göstərdi ki, polis əməkdaşı X7 ilə 26 fevral 2024-cü il tarixdə Qobustan rayonu ərazisində xidmətdə olarkən Qobustan şəhərində küçədə bir nəfər şəxsin ictimai asayışı pozduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Qobustan rayon polis şöbəsinə aparmışlar. Şöbədə həmin şəxsin Qobustan şəhər sakini X5 olduğu müəyyən olunmuşdur. X2 X1nun ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-43/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-43/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver