Məhkəmə qərarları › İş №3(026)-430/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-430/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-430/2022 14.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Şamaxı rayonunun Ərəbşahverdi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbşahverdi kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 334.1 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03 sentyabr 2022-ci il tarixdə idarə etdiyi VAZ 2107 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən saxlanılmış və onun nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə Şəxs idarə etdiyi VAZ 2107 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomaşın Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtı Şəxs avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 03 sentyabr 2022-ci il tarixdə idarə etdiyi VAZ 2107 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobili Qobustan şəhərinin “SON” adlanan ərazisində saxlamış və orada olan yeməkxanada pivə içmişdir. İçkili olduğu üçü dostu Babəkə zəng edərək onun avtomobilini idarə etmək üçün çağırmışdır. Lakin həmin zaman Qobustan rayon polis əməkdaşları ona yaxınlaşaraq sorğu-sual etmiş və onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X6 izahat verərək göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşları X3 və X7 ilə birlikdə saat 00:30 radələrində Qobustan rayonunun “SON” adlanan ərazisində xidmətdə olarkən mağazaların qarşısında dayanmış VAZ 2107 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə bir nəfər şəxsin yaxınlaşaraq idarə etmək istədiyini görüb həmin ərazidəki mağazalardan birində oğurluq olduğu üçün həmin şəxsdən şübhələnərək onun kim olduğunu yoxlamaq məqsədi ilə onun idarə etdiyi avtomaşının arxasınca getmişlər. VAZ 2107 markalı avtomaşının sürücüsü onları görüb avtomaşınla geri qatmaq istədikdə ona yaxınlaşıb kim olduğunu və nə gəzdiyini soruşmuşlar. Onunla söhbət aparılan zaman həmin şəxsin Qobustan rayon Ərəbşahverdi kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Şəxs nəfəsində sirtli içki qoxusu gəldiyini hiss edib onu Qobustan rayon polis şöbəsinə dəvət etmişlər. Qobustan rayon polis şöbəsinin əməkdaşları X3 və X7 şahid X4 ifadəsinə oxşar ifadə verdilər. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitələrini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə 91 saylı protokoldan görünür ki, VAZ 2107 markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 332.1, və 339.1- 1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 339.1-1ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilsin. Məcəlləsinin 332.1 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qobustan rayon Polis Şöbəsinə göndərilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar