Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-44/2022 01.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Qobustan rayonunun Xilmilli kəndində yaşayan Şəxs barəsində Qobustan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 01 mart 2022-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(026)-920/2017 saylı icra sənədinə əsasən Şəxs “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına vurduğu ziyana görə 32397 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ödənilməsi dair icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Qobustan rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(026)-920/2017 saylı icra sənədinə əsasən Şəxs “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına vurduğu ziyana görə 32397 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ödənilsinə dair icra vərəqəsi üzrə icra tədbirləri aparılmış, borclu dəfələrlə Qobustan rayon icra və probasiya şöbəsinə çağırılmış və ondan izahatlar alınaraq borcların ödəməsi ondan tələb edilmişdir. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu tam ödəmək üçün maddi imkanı olmadığını bildirərək borcunu ödəməkdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində olan icra vərəqəsinin icrasını tam təmin etmək üçün maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini göstərdi. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.A. Qədirov Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(026)-920/2017 saylı icra sənədindən görünür ki, borclu Şəxs “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına vurduğu ziyana görə 32397 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb “X4 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ödənilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 15 fevral 2022-ci il tarixli 351276/2017-32-4 saylı borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-44/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-44/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver