Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-44/2024 29.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1966-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, T. İsmayılov küçəsi ev 41-də qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 fevral 2024-cü il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 29 fevral 2024-cü il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində avtomaşın ustası işləyən Səmidxanın yanında olduğu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq “Rəşad müəllim sızı çağırır” dediyinə görə polis avtomaşınına yaxınlaşmırdır. Həmin vaxtı polis əməkdaşları onu tutub avtomaşına mindirərək polis şöbəsinə gətirmişlər və ona söyüş söydüyü üçün gətirdiklərini bildirmişlər. Heç kimi söyməmiş və heç bir xuliqanlıq hərəkətləri etməmişdir. Həmin vaxtı yanında qadın və usta Səmidxan da olmuşdur. Etdiyi əməldən peşmandır. X3 ifadə verərək göstərdi ki, 29 avqust 2024-cü il tarixdə polis əməkdaşları X4 ilə birlikdə Qobustan rayonunun “SON” adlanan ərazisində xidmətdə olarkən bir nəfər şəxsin nalayiq ifadələr işlətdiyini eşidib ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra onu Qobustan rayon polis şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. X1 ifadə verərək göstərdi ki, 29 fevral 2024-cü il tarixdə polis nəfəri X6 ilə birlikdə xidmətdə olarkən Şəxs yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Şəxs də heç bir etiraz etmədən avtomaşına əyləşib onlarla birlikdə polis şöbəsinə getmişdir. X2 ifadə verərək göstərdi ki, 29 fevral 2024-cü il tarixdə xidmətdə olan zaman polis əmkdaşlarının ona raportla müraciət edərək Qobustan rayonunun “SON” adlanan ərazisində Şəxs söyüş söydüyünü bildirmiş və Şəxs polis şöbəsinə gətirdiklərini bildirmişlər. Şəxslə söhbət etdiyi zaman Şəxs heç bir söyüş söymədiyini ona bildirmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-44/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-44/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver