Məhkəmə qərarları › İş №3(026)-46/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-46/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-46/2023 18.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxxxx 1960-cı ildə Şamaxı rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs 28 dekabr 2022-ci il tarixdə Qobustan rayonunun Poladlı kəndində özünə məxsus həyətyanı sahədə daş hasar tikdirdiyi qonşusu X5 məxsus olan 8 metrlik dəmir setkanı və 6 ədəd 1 metr uzunluqda olan beton dirəkləri qəsdən dağıdaraq yararsız hala saldığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X7 qonşusudur və münasibətləri pis olmuşdur. Onlar qonşudurlar və sərhədlərini müəyyən etmək səbəbi ilə aralarında bir neçə dəfə mübahisə olmuşdur. 27 dekabr 2022-ci il tarixdə o Baxış Nuruyevi görməmiş və aralarında heç bir mübahisə olmamışdır. Baxışın tələb etdiyi dəmir setka və beton dirəklər onun həyətində olub və onun özünə məxsusdur. Baxış Nuriyev qərəzli olaraq onun barəsində polis şöbəsinə müraciət etmişdir və daima onları narahat edir. Zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Bəyistan və Orxan qonşularıdır. Münasibətləri pis olmuşdur. Bundan bir neçə il əvvəl həmin şəxslərlə mübahisəsi olmuş və polisə müraciəti olmuşdur. Ondan sonradan da aralarında olan münasibətlər daha da pisləşmişdir. O, hal hazırda Bakı şəhərində yaşayır, lakin Poladlı kəndində də fərdi yaşayış evi vardır. Həmin evi Orxanın evi ilə sərhəddir. O, həmin həyətinin sərhədini dəmir setka və beton dirəklərlə ayırmışdır. 27 dekabr 2022-ci il tarixdə o, Poladlı kəndində yerləşən evinə gəlmiş və Orxanın həyəti ilə sərhədini müəyyən edən dəmir setkanın və beton dirəklərin yerində olmadığını və sındırıldığını görmüşdür. Bunun qonşusu Orxan və anası Bəyistan Əmrahovlar tərəfindən edildiyini öyrənmişdir. Kəndin ağsaqqallarını bu məsələni həll etməyə çağırmış, lakin Şəxs “yaxşı etmişəm hələ oradan özümə daş hasar tikəcəyəm”- demişdir. Lakin tikdiyi hasarı düzgün yerdə tikməmiş və onun evinin arxa hissəsində olan ona məxsus təxminən 30 sm enində 40 metr uzunluğunda olan aralarında salxamış olduğu torpaq sahəsini də özününküləşdirmək istəmişdir. Təxminən 6 ədəd beton dirəkləri və 8 metr dəmir setkanı məhv edilərək ona ümumilikdə 100 manat maddi ziyan yetirmişlər. Qobustan rayon polis şöbəsinin TQ-in 07 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış materialda Şəxs və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-yə göndərilmişdir. Qobustan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 yanvar 2023cü il tarixli qərarında göstərilir ki, Qobustan şəhərində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 tərəfindən verilmiş arayışdan görünür ki, 8 metr uzunluğunda 1 metr enində olan dəmir setkanın və 6 ədəd 1 metr uzunluğunda olan beton dirəklərin ümumi dəyəri 45 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş 45 manat maddi ziyanın 1 misli miqdarında, yəni 45 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar